LifeNews telekanalı Azərbaycanın ərazi bütövlüyünü təhqir edib.
Oxu.az bildirir ki, hadisə “Azərbaycandan yanacaq” adlı verilişdə baş verib.
Süjetdə Azərbaycandan Türkiyəyə qaz tədarükündən söhbət gedir.
İki ölkənin təqdim edildiyi xəritələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisi qeyd edilməyib.
LifeNews telekanalının bu hərəkəti anlaşılmazlıq yaradır, çünki kanalın yayımlandığı Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Amma digər tərəfdən, əgər cari kanalın sahibinin erməni – Aram Qabrelyanov olduğunu nəzərə alsaq, LifeNews-un bu hərəkəti təəccüb doğurmur.
[media=https://www.youtube.com/watch?v=g4NkGj-AKAI]