Kredit borcları əvəzinə yalançı ümid

24-12-2015, 10:01   
Kredit borcları əvəzinə yalançı ümid


Narazı xalqı sakitləşdirmək üçün «borclar silinəcək» şayiəsi buraxıblar

Hər dəfə ölkədə çətin vəziyyət yarananda, insanların narazılığı artanda ortaya müxtəlif şayiələr atılır. Gah maaşların artacağı, gah yeni doğulan uşaqlara görə müavinət veriləcəyi, gah da kredit borclarının silinəcəyi kimi şayiələr dolaşır.


Xatırlayırsızsa, birinci devalvasiya zamanı da 5000-ə qədər olan kreditlərin silinəcəyini vəd etmişdilər. Camaat da bu təbliğata inanmış, insanlarda ümid yaranmışdı. Biz həmin vaxt yazmışdıq ki, yayılan söz-söhbət reallığa uyğun deyil vəbelə bir vaxtda hökumət vətəndaşa güzəşt etməz.

Hansıki, Ukrayna hökuməti devalvasiyadan sonra qərar qəbul etdi və vətəndaşlara dəyən zərəri dövlət ödədi. Qazaxıstanda da oxşar qərar qəbul edildi. Hətta milyardlarla borcu olan, Avropanın ianələri hesabına ayaqda dayanan Yunanıstanda dövlət banklarına və dövlətə 20 min avroya qədər borcu olanların borcu silindi.

Amma Azərbaycanda Konstitusiya Məhkəməsi vətəndaşın zərərinə qərar çıxardı və bu məsələni möhürlədi.

Indi manat növbəti dəfə 48 faiz ucuzlaşdı və əhaliyə daha bir zərbə vuruldu. Üstəlik, qiymətlər 30-40 faiz bahalaşır. Belə bir məqamda yenə də ortaya şayiə atıblar ki, banklara 10 minə qədər borcu olanların borcu silinəcək. Növbəti dəfəinsanları aldatmağa, narazılığı azaltmağa çalışırlar. Amma bu dəfə bu təbliğatın reallaşması daha absurddur. Çünki, hökumət bütün vasitələrlə çalışır ki, vətəndaşın cibindən pul çıxarsın. Müxtəlif cərimələr tətbiq etməklə sadə vətəndaşın hesabına pul toplamaq istəyirlər.

Digər tərəfdən, banklara olan borcun ümumi dəyəri 18 milyard dollardır ki, bunun da 7 miylardı istehlak kreditləridi. Istehlak kreditləri isə 10 mindən aşağı olan kreditlərdi.

Hökumət ən yaxşı halda banklara ödəniş müddətini uzada bilər, insanlara fürsət tanıyıb, minnət qoyar.

Məsələ burasındadır ki, bu saat problemli kreditlərin həcmi 1.6 milyardı keçib. Onsuz da vətəndaş borcu ödəyə bilmir. Yəni hansısa miqdarda borcun silinməsi belə heç nəyi dəyişmir.

Amma yuxarıda da qeyd etdiyimiz kimi, bu hökumət ölkəyə milyardlar daxil olanda vətəndaşa güzəşt etməyibsə, böhran vaxtında güzəştə getməz. Sadəcə olaraq hökumətin bütün vədləri yalan çıxıb, cəmiyyət aldadıldığının fərqindədir vənarazılıq artır. Ona görə də növbəti dəfə nağıl danışıb, camaatı göydən 3 alma düşəcəyinə kökləyirlər.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.