Bütün sənədləri qaydasında olan İlham Əbulova məmurlar “obyektini buldozerin qabagına verib dagıdacağıq” deyirlər
Sumqayıtda fəaliyyət göstərən sahibkar haqsızlıqla üzləşdiyini bildirir. İlham Əbilov JAM.AZ-a məlumat verib ki, 2004-cu ildən Sumqayıt şəhəri 13-cu mikrorayon, Uzeyir Hacıbəyli küçəsi, 62a unvanında yerləşən, mənə məxsus özəl aptekində dərmanların parakəndə satişı ilə məşgul olur.
Onun sözlərinə görə, həmin obyektin tikilməsi ucun o vaxtkı bələdiyyə sədri olan Zakir Fərəcov (hal-hazırda Sumqayıt şəhər icra başçısı) tərəfindən 16 dekabr 2004-ci ildə torpaq ayrılıb və 28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncami ilə tikintiyə icazə verilib. «Obyekt 02.09.2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alınmışdır. Bir necə gun bundan əvvəl Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsi idarəsində işləyən Kənan adlI şəxs mənə yaxınlaşaraq obyektin sənədini istədi. Mən də sənədləri təqdim etdim».
İlham Əbilov JAM.AZ-a yazır ki, sonrakı gunlərdə özlərini dövlət məmuru kimi təqdim edən muxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa muddətdə boşaldılmasını, ticarət fəaliyyətimin dayandırmasını tələb ediblər. «Mən onlardan bunun səbəbini soruşduqda “yuxarıdan göstəriş var sökülməidir” dedilər. Mən onlara etiraz edərək “axı məhkəmə qərarı olmadan, sökülmənin səbəbi heç izah olunmadan obyekt neçə sökülə bilər?” sualını unvanladıqda isə yenə eyni cavabı verdilər ki, şifahi göstəriş var, bəs, sökulməlidir» .
Aptek sahibi qeyd edir ki, o, prezident İlham Əliyevə, Sumqayıt şəhəri icra hamiyyətinin başcısı Z.Fərəcova məktubla müraciət edib. «Hal-hazırda obyekti bağlayıb gözləyirəm. Qeyd edim ki, mənim dərman depolarına kulli miqdarda borcum var. Ultimatum verən adını bilmədiyim şəxslər “obyektini buldozerin qabagına verib dagıdacağıq” deyirlər. Mən huquqi dövlətdə yaşayıram. Mənim sahibkar və adi vətəndaş kimi Konstitusiya ilə təsbit olunmuş huquqlarim var. Kimsə mənim əmlakımı başIma ucura bilərmi? Əgər sökulməsinə vacibiyyət yaranibsa, bunu qanunauyğun şəkildə etmək olmazmi? Mən hörmətli prezident cənab İlham Əliyevə muraciət edirəm. Sizin sahibkarlara dəstək barədə son cıxışlarıniz bizi cox sevindirmişdi. Bu gun də inanıram ki, mənim muraciətimi qəbul edəcək və mənim əmlak huququmun pozulmasina imkan verməyəcəksiniz».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.