Keçmiş SSRİ məkanında “oğru dünyası” təkcə ayrı-ayrı sahələrə yox, bütünlüklə ölkəyə nəzarəti əla almaq üçün ciddi fəaliyyət göstərir. “Oğru dünyası”nın belə fəaliyyəti ilə seçilən ölkələrdən biri də Qırğızıstandır. Cebhe.info xəbər verir ki, ölkənin “baş oğrusu” olmaq uğrunda savaş getdikcə qızışır. Ancaq indi məlum olur ki, bu mübarizədə iştirak edən tərəflərdən biri- Qamçı Kolbayevin “oğru” status əməlli-başlı şübhə altındadır. Rusiya mətbuatında hazırda özünü Qırğızıstanın “baş oğrusu” adlandıran Qamçı Kolbayevin imzaladığı istintaq ifadəsi dərc olunub. 2000-ci ildə istintaqda Kolbayev 3 çeçenin öldürülməsinə görə şahid kimi dindirilib. İstintaq ifadəsi Kolbayevin statusunu cidd şübhə altına qoyub. Sirr deyil ki, başqa bir “oğru” -Ulan Toktosunovun ölkəyə qayıtması ilə Qırğızıstanın “baş oğrusu” kreslosu uğrunda həlledici mübarizə başlayıb. 2014-cü ilin oktyabrında “taclandırılan” Toktosunov ölkəsindən xaricdə daha yaxşı tanınsa da ona məhz Qırğızıstanda mövqelərini möhkəmlətmək lazım idi. “Saqqal” ləqəbli bu “qanuni oğru” statusu aldıqdan sonra qısa müddətdə Qamçı Kolbayevin bir çox adamını öz tərəfinə çəkə və ya yeniləri ilə əvəzləyə bildi. Bunu bilən Qamçı Kolbayev də Qırğızıstana getməyi qərara aldı və ölkəsinə öz rəqibindən düz bir həftə əvvəl qayıtdı. Bu müddət ona vəziyyəti qaydaya salmaq üçün lazım idi. Ancaq həbsxanalardakı adamların yarıdan çoxu artıq Saqqal tərəfdə idi. Qamçının isə bir üstünlüyü vardı- onun tərəfində bütün DİN aparatı dayanmışdı. Ötən ilin mayında nazirliyn mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin rəisi Mirlan Qənimətov bildirdi ki, “oğru” kimi ölkədə ancaq Qamçı Kolbayev tanınır. Saqqalın “tacına” isə şübhə ilə yanaşırlar. Bu açıqlamadan bir həftə sonra Qırğızıstan DİN-i Moskvadakı dostlar vasitəsilə başqa bir qırğızı- Mürsəl Umırzakovu “zərərsizləşdirdi. “Həbsxanadakı “oğru”lar onu “oğru” kimi tanımadıqlarını bildirdilər. Hətta onun “xaç atası” İslam Bolşoy da bu duruma susdu. Daha iki “xaç atası”- Timur və Şamil də bir söz söyləmədən prossləri sadəcə seyr etdi. Bütün bunlardan sonra gözlənilmədən 2000-ci ilə aid istintaq ifadəsinin mətbuata ötürülməsi Kolbayevi bu mübarizədə zəiflətmək istəyən tərəfin iddialarından və arxasındakı ciddi dəstəkdən xəbər verir. Cebhe.info