
«Global Voices»: «Azərbaycanda diktator və onun rejiminin əlində olan ən qiymətli məsələlərdən biri siyasi məhbuslardır»
Azərbaycanda həbsdə olan siyasi məhbusların bir qisminin azadlığa çıxması xarici mediada da müzakirə mövzusudur. Beynəlxalq analitiklər hesab edir ki, Ilham Əliyev bu addımı atmağa məcbur olub. ABŞ mediası Əliyevin siyasi məhbusları Qərblə alver predmetinə çevirməsindən yazır. “Global Voices”də yayımlanan “Əliyevin oyuncaqları və ya Azərbaycanda siyasi məhbuslara qarşı davranış” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycan prezidenti Ilham Əliyev bahalı şeyləri xoşlayır: nəhəng tikinti layihələri, idman yarışları, qeyri-adi “Eurovision” proqramı…
Lakin Azərbaycanda diktator və onun reciminin əlində olan ən qiymətli məsələlərdən biri siyasi məhbuslardır ki, Əliyev Qərblə münasibətlərdə, danışıqlarda bundan tez-tez alver predmeti kimi istifadə edir.
Bu ayın sonunda ABŞ-da nüvə sammiti çərçivəsində yüksək səviyyədə görüşmək üçün Vaşinqtona səfər öncəsi, həmçinin Azərbaycanda insan haqlarının pozulması, azadlıqların məhdudlaşdırılması ilə əlaqədar xaricdən artan tənqid və təzyiqlərin nəticəsi olaraq, Əliyev siyasi məhbusların 14 nəfərindən imtina etmək qərarı verdi və əfv sərəncamı ilə onları azadlığa buraxdı. Bunlar NIDA-nın fəalları Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, bloggerlər Sirac Kərimli və Ömər Məmmədov, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, keçmiş dövlət məmuru Akif Muradverdiyev, Müsavat partiyasının fəalı Yadigar Sadıqov, curnalistlər Pərviz Həşimli, Hilal Məmmədov və Tofiq Yaqublu, hüquq müdafiəçiləri Taleh Xasməmmədov və Anar Məmmədli idi.
NIDA fəallarının həbsi beynəlxalq diqqət cəlb etmişdi. Səkkiz gənc, o cümlədən son sərəncamla azadlığa buraxılan üç nəfər Azərbaycan ordusunda “dedovşina” və digər qanunsuzluqlar üzündən əsgər ölümlərinin artması ilə əlaqədar sosial mediadan istifadə etməklə, 2013-cü ilin martında etiraz aksiyaları təşkil etdiklərinə görə həbs olunmuşdular. Onlara qarşı kütləvi iğtişaşların təşkili barədə ittiham irəli sürülmüşdü.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli Anar Məmmədli 2013-cü ilin dekabrında vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi ittihamlarla həbs olunmuşdu. Son ittihamın mahiyyəti kimi, Anar Məmmədlinin “seçkinin nəticələrinə müdaxilə etməyə cəhd göstərdiyi” yazılmışdı.
Əfvə düşənlərin siyahısında adı olmayan tanınmışlardan biri korrupsiyanı araşdıran tanınmış curnalist, məşhur vəkil Amal Kluninin müdafiə etdiyi Xadicə Ismayılova idi. Ismayılova saxta ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.
Casusluq ittihamı ilə həbs olunan îîîjurnalist Rauf Mirqədirov da azadlığa buraxılıb. Amma o, əfv edilməyib. Mirqədirova verilmiş 6 il azadlıqdanməhrumetmə cəzası Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 5 il sınaq müddəti olmaqla şərti hesab edildi və o, buraxıldı.
Xədicə Ismayılova ilə yanaşı, jurnalist Seymur Həzi, insan haqları üzrə vəkil Intiqam Əliyev, gənc fəal Ilkin Rüstəmzadə, REAL hərəkatının sədri Ilqar Məmmədov Azərbaycanda həbsdə olan məşhur siyasi məhbusların bir qismidir ki, prezident Əliyev hələ də onları öz əlində saxlayır.