Ölüm nədir
Bismillahirrahmanirrahim
Quranı kərimdə “Əlləzi xaləqal məvtə vəlhəyətə li yəbluvəkum” bu məalda olan ayətlərdə; “Mövt, yəni ölüm dəxi, həyat kimi məxluqdur, həm bir nemətdir.” deyə bizə dərs verilir. Halbuki zahirən ölüm, inhilaldır, yox olmaqdır, məhv olmaqdır, çüürüməkdir,həyatın sönməsidir,ləzətlərin kəsilməsidir...
Necə ola bilər ki, ölüm məxluq və nemət ola bilir?
Bunun cavabı budur ki, Ölüm həyat vəzifəsindən bir tərxisdir, vəzifədən azad olunmaqdır, bir təbdili məkandır (yerdəyişmək), təhvil-i vücuddur. Vücudun təhvil verilməsi, əbədi həyata bir dəvətdir, bir başlanğıcdır, bir əbədi həyatın müqəddiməsidir. Yəni, necə ki, həyatın dünyaya gəlməsi bir xəlq, yaradılış ilədir, təqdir(təyin olunmuş gündə) ilədir. Eyni onun kimi dünyadan getməsi də bir xəlq, yaradılış və təqdir ilə, bir hikmət, bir tədbir ilədir.
Çünki ən bəsit, sadə həyat təbəqəsi olan bitkilərin həyatlarının ölümü həyatdan daha müntəzəm bir sənət əsəri olduğunu göstərir. Belə ki, meyvələrin, çiçəklərin, toxumların ölümü çürüməklə və dağılmaqla göründüyü halda, çox müntəzəm bir kimyəvi muamilə, və ölçülü bir tərzdə ünsürlərin qarışması, imtizacatı və hikmətli bir tərzdə zərrələrin şəkillənməsindən ibarət olan bir yoğrulmaqdır ki, bu görünməyən intizamlı və hikmətli ölümün, sünbülün həyatıyla təzahür edir, meydana çıxır, nəticə verir. Demək toxumun ölümü sünbülün həyatının başlanğıcıdır, bəlkədə elə həyatın özüdür. Demək bu ölüm dəxi həyat qədər məxluq və müntəzəmdir.
Eyni bu misal kimi, həyat təbəqələrinin ən aşağısı olan bitki həyatının ölümü, bu tərz məxluq, hikmətli və intizamlı olarsa, demək ki, həyat mərətəbələrinin, təbəqələrin ən ülvisi olan həyat-ı insaniyənin başına gələn ölüm, əlbətdə yer altına girmiş bir çəkirdəyin, toxumun hava aləmində bir ağac bir sünbül olması kimi; yer altına girən bir insan da, Bərzax aləmində, əlbəttə əbədi bir həyat sünbülü verəcəkdir.
Amma mövtün, ölümün nemət olduğunun isə çox cəhətlərindən dördünə işarət edək
Birincisi ; Ölüm əbədi səadətin başlanğıcıdır, bu etibarla nemət sayıla bilir. Çünki, əbədi səadət ən böyük nemətdir və nemətin başlanğıcı da nemətdir. Necə ki, vacibin başlanğıcı vacib, və haramın başlanğıcı haramdır.
İkincisi; Dar, sıxıntılı, keşməkeşli, zəlzələli dünya zindanından çıxıb; geniş, fərəhli, sıxıntısız, əbədi bir həyata qovuşmaqla Məhbub-u Baki-nin, Rəhmət dairəsinə getməkdir.
Üçüncüsü; Yaşlanmaq üzündən elə bir dərəcəyə gələnlər var ki, həyat yükünü çəkməkdən acizdirlər, ona görə hər zaman ölümü arzulayırlar.
Dördüncüsü; Yuxu, necə ki bir rahatcılıq, bir rəhmət, bir istirahətdir; xüsusilə müsibətə düşənlərə, yaralılara və xəstələrə. Elə də; Yuxunun böyük qardaşı olan ölüm də, müsibətə düşənlərə, intihara aparan bəlalara düçar olanlara tam bir nemətdir və Rəhmətdir.
Amma əhl-i dalalət üçün, Allaha inanmayanlara və inansa da o yolda getməyənlər üçün, ölüm də həyatları kimi əzab içində əzabdır, o mövzumuzdan xaricdir.
***
Bu bəhslərin əsli Bədiüzzaman Said Nursinin Risale-i Nur külliyatından “Məktubat”, ”İşarat-ul İcaz” və digər əsərlərində vardır. Oraya müraciət edilsin.
Qaynar.info