Təhsil naziri cənab Mikayıl Cabbarorun 11.03.2016-cı il tarixli,143 nömrəli əmrilə təsdiq edilmiş “Direktorların işə qəbul Qaydaları” na uyğun olaraq 15 aprel 2016-cı ilədə keçirilmiş müsabiqədə mən də bir pedaqoq ixtisaslı mütəxəssis kimi iştirak etmişəm.
Bəri başdan qeyd edim ki, heç bir imtahan iştirakçısına nazirin 143 saylı əmrlə təsdiq etdiyi Qaydaların 2-ci bəndinin 7-ci hissəsinə uyğun olaraq nəticəni imtahanın sonunda bilmək müyəssər olmadı. Halbuki, son illər həmin binanın, həmin zallarında istər tələbələrin semestr, istərsə də hər həftə Dövlət qulluğuna qəbulla bağlı keçirilən bütün imtahanlarda nəticələr sonuncu sual cavablandırldıqdan dərhal sonra monitorda əks olunur. Təhsil Nazirliyinin keçirdiyi imtahanda isə bunun canlı şahidi ola bilmədik. Yalnız 3 gündən sonra imtahanlarda yığılan ballar haqqında rəsmi məlumatın verilməsi barədə nəzarətçilər tərəfindən kiçik arayış verildi. Yəni, imtahan prosesi təhsil idarəetmə orqanları və müsabiqə komissiyasının üzvləri tərəfindən Qaydanın 2.7-ci maddəsinin kobud pozuntusu şəraitində keçdi. Hesab etmək olar ki, müsabiqə iştirakçılarına qarşı imtahan görüntüsü yaratmaqla əslində xüsusi maraqlara xidmət edən açıq-aşkar alver baş verdi.
2. Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması
2.7.Müsabiqənin üçüncü mərhələsində imtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində bilik və bacarıqları test sualları vasitəsi ilə qiymətləndirilir. Nəticə imtahanın sonunda namizədə bildirilir.
İmtahandan 4 gün keçdikdən sonra 19 aprel 2016-cı il, saat 16-15-də Təhsil Nazirliyinin rəsmi saytındakı şəxsi kabinetimə belə bir cavab daxil oldu:
Siz 11155 Aprel,ı2016-cı il tarixdə saat 9-00-da Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (Bakı şəhəri, Həsən Əliyev küçəsi 135, Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) keçirilən imtahanda iştirak etməmisiz.qtisa Mən bunu 34
Mən bu rəsmi cavabı əvvəlcə məsuliyyətsiz adamların növbəti bir zarafatı kimi başa düşdüm və dərhal 10 dəqiqədən sonra cənab nazirin adına elektron formada şikayət yazdım.Həmin günün axşamı, saat 19-da isə yeni bir cavab gəldi ki, Siz 11155 Aprel,ı2016-ci il tarixdə keçirilmiş direktorların işə qəbulu üzrə imtahanda 34 bal toplamışsınız.Sizin topladığınız bal seçdiyiniz vakant yeri tutmaq üçün kifayət etməmişdir.
Mən imtahanın 4 gündən sonra bəlli olan belə bir nəticəsilə razı ola bilmərəm. Çünki, yazdığım cavablara görə mən ən azı 47-49 suala düzgün cavab vermişdim.Nəticələr isə sonradan təhsili idarəetmə orqanlarının məsul şəxsləri tərəfindən maraqlara uyğun tərtib edilmiş hesab edirəm.Yəni, imtahanların cavabları sonradan təşkilatçılar tərəfindən açıq-aşkar artırılıb-azaldılmışdır. Digər fakt: 16 apreldə imtahan vermiş, rayon məktəblərinin birinin direktoru, əvvəllər isə 20 il Rayon Təhsil Şöbəsinin peşəkar əməkdaşı olmuş dostumla əlaqə saxladıqda məlum olmuşdur ki, o 36 bal toplayıbmış. Dostum qeyd edir ki, ən azı 50-51 sualı düzgün cavablandırıb. Çünki bu məhz onun işi olub. Deməli, cənab nazirin 143 nömrəli əmrinə zidd formada ( Qaydaların 2.7-ci maddəsinin pozulmasıilə) aparılan formal imtahan nəticəsindən asılı olmayaraq ləğv edilməlidir. Bunu Təhsildə islahat yox, yalnız rüsvayçılıq adlandırmaq olar. Bu rüsvayçılığın digər səbəbi isə ondan ibarətdir ki, hazırda Təhsil Nazirliyi Aparatında işləyənlərin əksrəriyyətinin pedaqoq ixtisasının olmamasıdır. Konkret olaraq Təhsil Nazirliyinin təhsildə islahat görüntüsü yaratması üçün direktorların işə qəbulla bağalı keçirdikləri belə imtahanları islahatdan daha çox məzhəkə adlandırmaq olar. Məsələ daha çox ictimai və dövlət əhəmiyyəti kəsb etdiyindən hesab edirik və tələb edirik ki, aidiyyatı təşkilatlar 15-17 aprel 2016-cı il tarixlərində Təhsil Nazirliyi tərəfindən “Direktorların işə qəbulla bağlı keçirdikləri (təşkil etdikləri) imtahanların nəticələri nazirin “Direktorların işə qəbull Qaydaları”nın 2.7 –ci maddəsi kobud surətdə pozulduğuna görə həmin qaydaların 3.1-ci maddəsinə görə məsul şəxslərin qanunvericiliyə görə məsuliyyətə cəlb edilməsi zəriridir.
3. Qaydaların pozulmasına görə məsuliyyət
3.1. Direktorların işə qəbulu üzrə müsabiqə ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə iştirakçılar, tabelik üzrə təhsili idarəetmə orqanları və müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Digər tərəfəfdən tələb edirəm ki, verdiyim apellyasiya şikayətinə əsasən imtahanın nəticələri barədə məlumat verilsin.
Belə “imtahanlar” təşkil etməklə təyin olunan direktorlarla orta məktəblərdə davam edən “pulyığma” kampaniyasının qarşısını almaq olmaz!
Hörmətlə, İmtahan iştirakçısı Məmməd Həmidov (070-711 12 89)