Hökumət ölkədəki layihələri dayandırıb, İrana kredit verir

25-04-2016, 08:41   
Hökumət ölkədəki layihələri dayandırıb, İrana kredit verir
Nemət Əliyev: «İranda hansısa layihəni maliyyələşdirmək üçün ölkəmizin əlavə borc verməsini izah etmək çətindir»

Azərbaycan Irana Rəşt-Astara dəmir yolunun inşası məqsədilə 500 milyon dollarlıq kredit xətti açmağa razılıq verib.

Bu barədə Iranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi məlumat verərək deyib ki, Qəzvin-Rəşt-Astara xətti Iran və Azərbaycanın dəmir yollarını birləşdirəcək. Nazir qeyd edib ki, layihənin həyata keçirilməsinə ümumilikdə 1 milyard dollar lazımdır ki, qalan vəsaiti də Iran tərəfi özü ayıracaq.

Bundan başqa, Iran və Azərbaycan sərhədində Astaraçay üzərindən körpünün salınması artıq layihələşdirilib və Azərbaycan tərəfi onun inşasına başlayıb. Tərəflər layihəni 50/50 prinsipi üzrə layihələşdirəcək.

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, ölkənin maliyyə vəsaitlərinə böyük ehtiyac olduğu, maliyyə böhranı keçirildiyi bir dövrdə vəsaitləri qonşu ölkənin layihələrinə yönləndirmək yanlış addımdır: “Atalar ”əvvəl evin içi, sonra çölü” deyib. Bu cür səhv addımların atılması başadüşülən deyil. Azərbaycan hökuməti əvvəllər də Gürcüstanın, Belarusun, Serbiyanın maliyyə ehtiyaclarının ödənilməsinə yardım edib. Amma indi elə bir dövrdür ki, məhz maliyyə çatışmazlığı üzündən dövlət büdcəsi səviyyəsində təsdiq olunmuş bir sıra layihələri maliyyələşdirmək mümkün olmayıb. Ona görə ki, maliyyə vəsaitləri tapmaq çox çətindir. Qonşu dövlət kimi əl tutmaq lazımdır, bu, humanizm göstəricisi kimi diqqəti cəlb edə bilər. Amma rəsmi tərəf bir çox hallarda millətin, dövlətin, ölkənin maraqlarının qorunmasında axıra qədər dayana bilmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.