Oliqarxa çevrilən general – Bəylər Əyyubov

12-05-2016, 14:18   
Oliqarxa çevrilən general – Bəylər Əyyubov
Adı müxtəlif qalmaqallarda hallanan baş mühafiz ölkədə ən çox kapitala malik generaldır; O həm də yeganə generaldır ki, ölkədə ciddi məmur və deputat korpusuna malikdir

Azərbaycan oliqarxiyasının ən parlaq simalarından biri olan Bəylər Əyyubov kifayət qədər kapital toplaya bilib və hakimiyyətdəki nüfuzuna və təsir imkanlarına görə hakim siyasi elitada ilk beşlikdə yer alır. Kapital toplamasına və nüfuz dairəsini genişləndirməyə şərait yaradan amillər sırasında sözsüz ki, onun hakim ailəyə yaxınlığı az rol oynamayıb. Bu səbəbdəndir ki, Əyyubov soxsaylı daşınmaz əmlaklara və geniş biznes şəbəkəsinə sahib olub.
General dövlət əmlakının özəlləşdirilməsi zamanı əlindəki siyasi rıçaqlardan istifadə etməklə çoxsaylı orta və iri müəssisələri nəzarətinə keçirib. Dövlət qulluğunda çalışan şəxs üçün xoşagəlməz problemlər yarada biləcəyindən B.Əyyubov təbii ki, bu biznes strukturlarını öz adına rəsmiləşdirməyib. Bununla bağlı 24saat.or g olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rast gəlinən məlumatlarda o da göstərilir ki, bu strukturların böyük əksəriyyəti Açıq tipli Səhmdar Cəmiyyət (ASC) kimi fəaliyyət göstərir. Profilinə görə, general Əyyubovun səhmdar cəmiyyətləri müxtəlifdir. Aralarında mehmanxana da var, nəqliyyat, tikinti, sənaye, balıqçılıq, şərabçılıq müəssisələri də.
Maraqlıdır ki, generala aid olduğu bildirilən müəssisələrin bir hissəsi fəaliyyət göstərmir. Amma bu, o demək deyil ki, B. Əyyubov bura boş-boşuna əl qoyub. Məsələn, tikintisinə yeni başlanan Beynəlxalq dəniz limanının yaxınlığında yerləşən Qaradağ rayonundakı «Ələt Avtobus Təmiri» ASC ilk baxışda uğursuz proyekt təsiri bağışlaya bilər. Amma nəzərə alsaq ki, Ələt qəsəbəsində Azad İqtidasi zonanın yaradılması dövrü üçün nəzərdə tutulub onda strateji iqtisadi məqsədlər aydınlaşar. Yəni, bu gün bu ASC heç bir gəlir gətirməsə də, əslində böyük prespektivlər vəd edir. Bu səhmdar cəmiyyətinin ərazisində bir neçə sənaye müəssisəsi yerləşə bilər.
B.Əyyubova aid olan Mərdəkan broyler fabriki barədə də ciddi planlar var. 1998-ci ildə özəlləşdirildikdən sonra fasiləsiz olaraq fəaliyyət göstərən və istehsal həcmlərini artıran «Mərdəkan Broyler» ASC 2008-ci ildə fəaliyyətini dayandırdı. Müəssisə faktiki olaraq müflislik həddinə gətirildi. 10 il ərzində səhmdarlar bu fabrikdən bir manat nədir, heç bir toyuq budu da görmədilər. Yüzlərlə hektar torpaq sahəsi olan bu fabrik barədə indi yeni planlar qurulur. Ümumi yığıncaqlar keçirilmədiyinə görə, digər səhmdarların bu planların mahiyyətindən xəbərləri yoxdur. Ümumiyyətlə, Əyyubova aid səhmdar cəmiyyətlərdə bu plan tez-tez işə salınır. Sahib olduğu ASC-lərin səhmlərinə münasibətdə B.Əyyubov qərb birjalarında brokerlərin istifadə etdikləri terminlə desək «ayı» kimi davranır. Yəni, o, səhmləri toplamır, O, əllərindəki səhmlərdən gəlir götürməyən səhmdarları onlardan yaxa qurtarmağa məcbur edir. Digər özəllik isə odur ki, Bəylər Əyyubov adətən özəlləşdirmə zamanı səhmlərin 90%-dən çoxunu ələ keçirməyə üstünlük verir.
General Əyyubovun biznez imperiyası ilə bağlı 24saat.or g olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rast gəlinən məlumatlar sırasında daha çox maraq doğuran isə onun biznes strukturlarının adlarıdır. Beləliklə, aşağıda Bəylər Əyyubovun malik olduöu səhmdar cəmiyytələrin bir qisminin sıyahısını açıqlayırıq:
«Bakı Dəniz Balıq Limanı» («Hövsan Balıq Konserv», «Bakı Dəniz Balıq Limanı» və «Soyuducu Donanma» ASC-lərin birləşməsi nəticəsində yaranıb); «Xanlar Aqrosənaye»; «Mərdəkan Broyler»; «Ələt Avtobus Təmiri»; «Dərnəgültikintisənaye»; «Bakqazmaş»; «Bakı Yoltexnikatəmir»; «Cənub; «Aygün»; «Bakı Yol Tikinti-1»; «Ceyranbatan Körpü Konstruksiyaları»; «Qala» (keçmiş Metallurgiya Nəqliyyat ASC); «Şirvan Mehmanxana»; «Salyan Taxıl»; «Ekspress İnşaat».
Prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general B.Əyyubovun eks-prezident Heydər Əliyevin ən sadiq adamı olması onun mövqelərinin güclü olmasında və sərvətinin artmasında əsas rol oynayıb. B.Əyyubovun əsas gəlir mənbələrindən biri kənd təsərrüfatı sahəsidir. Bu gün Əyyubov kənd təsərrüfatı, heyvandarlıq sektorunun 50 faizindən çox hissəsinə sahiblik edir. Əsasən Goranboy, Daşkəsən, Gəncə, Xanlar, Ağcabədi və Xızıda fəaliyyətini quran general heyvandarlıq, broylerlər, hətta gül və tərəvəz parniklərinə sahibdir.
Əyyubov yeganə generaldır ki, ölkədə ciddi məmur və deputat korpusuna malikdir. Bu isə biznes şəbəkəsinin yaradılması üçün ciddi faktordur. Məlumdur ki, bu gün ölkədə pul kütləsi məmurların əlindədir və daha çox məmur korpusuna malik olan da sərvət sahibi hesab olunur. Buna görə Əyyubovun biznes imkanlarından biri kimi bu da nəzərdə saxlanılmalıdır.
B.Əyyubovun biznes imkanlarını genişləndirməsinin başqa bir tərəfinin isə Azərbaycana gətirilən bəzi məhsulların monopoliyasını yaratmasıdır. Sirr deyil ki, kilosu 15-20 qəpiyə olan və Bakıda 2 manatdan aşağı olmayan banan tam monopoliyadır. Generalın banandan başqa nəzarətdə saxladığı digər sahə tikinti materiallarıdır. Əsasən sement, armatur bazarında ciddi çəkiyə malik olan generalın şirkətləri tikinti bumu zamanı sərvətin daha da şişməsinə nail oldular. Əyyubovun yol və körpü inşasında da mühüm rolu danılmazdır.
B.Əyyubov neft və neft məhsullarının realizəsində də ciddi təsir imkanlarına malikdir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Əyyubovun himayəsində olması, Gürcüstanda benzindoldurma məntəqələrinin yaradılması məsələsi, mazut satışının pərakəndə həyata keçirilməsi generalın biznes şəbəkəsinin tərkib hissəsidir.
Generalın digər qazanc mənbəyinin şadlıq evləri, turist bazaları olması da diqqətə çatdırılır. Onların ən avanqardı kimi «Ay işığı» restoranlar şəbəkəsi göstərilir. Gəncə və Daşkəsəndə də generalın xüsusi istirahət obyektləri var. Əyyubovun sərvət sahibi olmasının diqqətdən bu günə qədər kənarda qalmasının isə tək səbəbi var. O, digər məmurların monopoliyasına müdaxilə etmədən, siyasi proseslərə qatılmadan addım atır.
Elçin Əmirov, 24saat.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.