Şirkət rəhbəri DTX rəisinə niyə düşmən kəsilib?

16-05-2016, 08:26   


«General Motors»un rəhbəri Qalib Məmmədov Mədət Quliyevlə hansı problemlərinin olduğu müəmma olaraq qalır

Bir müddət əvvəl 1997-1998-ci illərdə baş vermiş olayla bağlı geniş məlumat vermişdik. Həmin məlumatda hazırda «General Motors» şirkətinin rəhbəri Qalib Məmmədovun biznes karyerasının necə qurulduğundan bəhs olunurdu. JAM.AZ-a verilən məlumatlarda vurğulanırdı ki, həmin illərdə Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini Əliyev Ağəddin Xalıq oğlu dövlətdən iş görmək adı ilə külli miqdarda pul alır. Lakin qısa müddətdə bu şəxs Azərbaycandan qaçır. Sonradan məlum olur ki, Ağəddin Əliyev Türkiyədə yaşayır. Lakin öz adıyla yox, başqa bir kimliklə.
JAM.AZ-ın apardığı dəqiqləşdirmələrdən sonra belə məlum olmuşdu ki, Ağəddin Əliyev hazırda Azərbaycana Türkiyə pasportu ilə gəlib-gedir. Adı isə Ağəddin Əliyev kimi deyil, Əlisoy olaraq qeyd edilir. Haqqında cinayət işi qaldırılmış Ağəddin (Əlisoy) hazırda da axtarışdadır. Lakin onun harada yaşadığı, habelə adını dəyişdirməsi səbəbindən tapmaq mümkün deyil. O da məlum olmuşdu ki, Ağaəddin Əlisoy hazırda Türkiyənin İzmir şəhərində yaşayır və bu ölkənin vətəndaşıdır.
Qeyd edilirdi ki, Ağəddin Əliyevin külli miqdarda pul almasının ideyaçısı elə öz həmkəndliyi, hazırda «General Motors Azerbaycan» şirkətinin rəhbəri Qalib Məmmədov olub. Məşhur iş adamı kimi tanınan bu şəxs həmin vaxt öz həmyerlisinə külli miqdarda pul götürməyi tövsiyyə edib. Ardından həmin pullarla iş görməyə başlayıb. Alınmış pulları geri qaytarmamaq üçün isə Əliyevi (Əlisoyu) Azərbaycandan qaçıraraq, ona Türkiyə vətəndaşlığı almağa yardım edib. Türkiyədə yaşaması üçün Ağəddin Əliyevin maddi ehtiyacları da Qalib Məmmədovun üzərindədir.
JAM.AZ xəbər verir ki, Qalib Məmmədov uzun illərdən bəri biznes sahəsindədir. Onun «General Motors Azerbaycan»ı yarada bilməsinin səbəbkarı da məhz yuxarıda qeyd etdiyimiz olay olub. Amma Məmmədov uzun illər bu sirri qoruyub, saxlaya bilsə də, sonradan ləğv olunmuş MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun diqqət mərkəzinə düşür. Çox keçmir ki, şirkət rəhbəri nazirlə şərikli biznes sahəsi yaradırlar. «Shevrolet Center», habelə bir sıra avtomobil markalarının satışı sahəsindəki şəriklilik tərəflərin hər ikisinə böyük pullar gətirir.
Ardından tikinti sektoruna da qol qoyulur. Və qısa müddətdə nazirlə şəriki bir sıra rayonlarda hündürmərtəbəli binalar inşa etməyə başlayırlar. Bunlardan ən sonuncusu isə «Melissa Park» layihəsidir.
JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırmalar zamanı ortaya başqa bir ilginc məqam çıxıb. Əldə etdiyimiz məlumatlardan belə məlum olub ki, Qalib Məmmədov Eldar Mahmudov işdən çıxarıldıqdan sonra onun yerinə keçmiş, hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevlə düşmən kəsilib. Daha doğrusu, DTX rəisi olana qədər Mədət Quliyevlə heç bir şəkildə yolları toqquşmayan şəxsin niyə ona düşmən kəsilməsinin səbəbi məlum deyil. Hətta o da vurğulanır ki, Qalib Məmmədov hər yerdə DTX rəisinin əleyhinə danışaraq, onu bir sıra məsələlərdə ittiham edir. Həmin ittihamlardan biri də budur ki, guya, Quliyev Məmmədova işləməyə imkan vermir. Maraqlıdır, DTX rəisinin iş adamına niyə imkan verməsin ki? Mədət Quliyevə indik vəziyyətdə «General Motors» kimi bir şirkətin bağlanmasının nə xeyri ola bilər? Xüsusən də Prezident İlham Əliyevin sahibkarlara yadrım etməsini tələb etdiyi bir vaxtda.
Baş verənlərdən belə anlaşılır ki, Qalib Məmmədov yaxın dostu, keçmiş şəriki Eldar Mahmudovun yerinə Mədət Quliyevin gəlişini qıcıqla qarşılayıb. Çünki Penitensiar Xidmətdə işlədiyi dövrdə belə tərəflər arasında hər hansı bir hüsumət, narazılıq olmayıb. Görünür, şirkət rəhbəri DTX rəisi haqqında bu şəkildə danışmaqla onu nüfuzdan salmağa nail ola biləcəyini düşünür. Bəlkə də, Qalib Məmmədov belə davranışlarıyla Mədət Quliyevi «devirib», yenidən Eldar Mahmudovu vəzifə başına keçirə biləcəyi qənaətindədir. Hər halda iş adamının gözlənilmədən, heç bir zaman maraqları toqquşmadığı birinə qarşı bu şəkildə aqressiv olması başadüşülən deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.