Qarabağda ermənilər arasında müharibə başladı – Ölən və yaralananlar var

21-05-2016, 07:44   
Qarabağda ermənilər arasında müharibə başladı – Ölən və yaralananlar var

Şuşanın işğalında iştirak etmiş Qriqoryanın cinayətkar dəstəsi ilə “könüllülər” adlanan cinayətkar qruplaşma döyüşür
rrQarabağda Şuşanın işğalında iştirak etmiş general Manvel Qriqoryanın cinayətkar dəstəsi ilə Ermənistandan Qarabağa gəlmiş “könüllülər” adlı quldur dəstə arasında silahlı toqquşma baş verib, tələfat var.
Cebhe.info Avropa.info-ya istinadən xəbər verir ki, Ermənistan mətbuatında yayılan məlumatlara görə, Hadrut rayonunda Ermənistan vətəndaşlarının yaralanması və bir neçəsinin ölməsi ilə nəticələnən növbəti silahlı toqquşma baş verib.
Belə ki, Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşmüş , hazırda “könüllü döyüşçü”lər adlanan terrorçu qruplaşmada olan Vahan Babasyan öz müsahibəsində bildirib ki, Hadrut rayonu ərazisində soyğunçuluq faktlarının qarşısını almağa gedərkən orada “Sərhəd qoruyan könüllülər” birliyinin komandiri Manvel Qriqoryanın başçılıq etdiyi quldur dəstəsinin silahlı müqaviməti ilə rastlaşıb. Silahlı münaqişə nəticəsində erməni vətəndaşları olan “könüllülər” itki verib. Bu zaman çarpaz atışma zonasında olan hərbi qulluqçular Xaçatur Arutyunyan və bir neçə nəfər ölümcül yaralanıb.
Vahan Babasyan qeyd edib ki, Manvel Qriqoryanla 90-cı illərdən, 4-cü batalyonda xidmət dövründən tanışdır. O, Manveli heç vaxt əsl hərbçi hesab etməyib, çünki onun xidməti daim soyğunçuluq etməklə keçmişdir.
“Manvel, hətta, döyüşlər gedən zamanda da öz vəzifələrinin icrasından yayınmağa çalışırdı. Onu yalnız, qadınlar və asan yolla pul əldə etmək maraqlandırırdı. Manvel soyğunçuluqla əldə etdiyi pulların hesabında sonralar general rütbəsi almış və nazirliyə işə düzələ bilmişdir.”
Manvel Qriqoryanın Qarabağda “könüllülər”dən ibarət soyğunçu dəstənin köməyi ilə biznes sahələrinə soyğun məqsədi ilə hücum etməsi barədə daha bir xəbər ondan ibarətdir ki, Dağlıq Qarabağın qondarma baş nazirinin müavini Artur Ağabekyanla Manvel Qriqoryan arasında “su biznesi” uğrunda mübarizə başlayıb. Belə ki, “Sərhəd qoruyan könüllülər” birliyinin üzvləri Ağabekyanın su biznesi ilə məşğul olduğu ərazini zəbt ediblər. Qarabağda artıq belə bir fikir mövcuddu ki, Manvel Qriqoryanın Qarabağda olması Artur Ağabekyanı çox narahat edir. Buna görə də o, müxtəlif vasitələrdən istifadə edərək Manvel Qriqoryanı Qarabağdan uzaqlaşdırmağa çalışır. Məlumata görə, bu günlərdə qondarma baş nazir Arayik Harutyunyan Manvel Qriqoryanın yanına gedib. Manvel Qriqoryan Arayik Harutyunyanı hərbi hissənin qəbul otağında xeyli gözlətdirib. Bu Arayik Harutyunyanı çox məyus edib. Deyilənə görə, Harutyunyan bu günlərdə ona məxsus olan otellərin qiymətini xeyli qaldırıb. Xatırladaq ki, həmin otellərdə Manvel Qriqoryan və könüllülər
qalırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.