Varlı ölkənin səfil vəziyyəti

1-06-2016, 09:24   
Varlı ölkənin səfil vəziyyəti

«Uzaqgörən» siyasət dövləti borc quyusuna saldı

Bir vaxtlar “böhran bizə təsir etmir”, “dünya Azərbyacan modelini öyrənir” kimi ifadələrlə ölkəyə səs salanlar indi böhranın altından çıxmaq üçün model axtarırlar. Daha doğrusu, neftin qiymətinin kəskin ucuzlaşması inkişaf təbliğatını çılpaq vəziyyətə saldı və indi bu biabırçılığın üstünü örtmək üçün pul axtarırlar.

Hökumət özünü oda-közə vurub, dünyadan uzunmüddətli borc almağa girişib. Belə ki, hökumətimizin “anti-böhran” tədbirləri vətəndaşın cibinə girmək və gələcək nəslin boynuna borc yükləməkdən ibarətdir. Artıq etiraf edirlər ki, uzun illər ərzində ölkəyə axan yüzmilyardlarla neft pulu büdcədən yan keçərək ciblərə tökülüb. Əks halda bütün sahələr iflic olmazdı, bütün dövlət strukturları dövlət zəmanətiylə borc yığmazdı və büdcəmiz gündən-günə əriməzdi.

Indi ortaya yeni “islahat” layihəsi atıblar. Belə ki, Hesablama Palatası borca xidmət göstərilməsi və geri ödənilməsi üzrə gələcək xərclərin dayanıqlı olmasını təmin edən borc strategiyasının hazırlanmasını təklif edir. Bu barədə 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.

Bəli, regionun lider dövləti, dünyaya yol gösətərən hökumət “borc strategiyası” hazırlayır. Qara qızılın qiyməti düşən kimi “inkişaf strategiyası”, “borc strategiyası” ilə əvəzləndi. Bundan sonra analoqsuz borc strategiyasının şahidi olacağıq. Uzaqgörən, məqsədyönlü, düşünülmüş “borc siyasəti” peyda olacaq. Məmurlar milyonçuya çevriləndə, milyardlarla vəsait ofşor şirkətlərə transfert ediləndə, ixrac neftdən asılı olanda, hökumət borca doğru qaçır. Hansıki, belə ağır vəziyyətdə real islahatlar aparmaq, iqtisadiyyatı şaxələndirmək, azad sahibkarlığa şərait yaratmaq, dövlətin demokratik imicini formalaşdırmaq lazımdır. Əks halda azadlıqların boğulduğu ölkəyə heç kim sərmayə yatırmayacaq, borc qaytarma ehtimalının olmadığı ölkəyə heç kim borc verməyəcək.

Bir sözlə, acgöz, səriştəsiz, yarıtmaz siyasət varlı ölkəni səfil vəziyyətə saldı. Ölkənin xarici borcla yüklənməsi isə vəziyyəti daha da çətinləşdirir.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.