Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki məlum cinayətkar şəbəkə ilə bağlı yeni faktlar ortalığa çıxmaqda davam edir. Eldar Mahmudovun nazir olduğu 11 il ərzində nazirlikdə yaratdığı cinayətkar qruplaşmanın iş adamları ilə yanaşı hakimiyyətdə təmsil olunan ayrı-ayrı adamları da şantaj yolu ilə haqqa otuzdurması faktları durmadan artır.
Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Eldar Mahmudovun “vurulmasından” 1 gün sonra nazirlikdə bir “QAZEL” sənəd məhv edilib. Həmin sənədlər konkret olaraq, nazirliyin Anti-Terror Mərkəzində otaqların birində qoyulan xüsusi aparatla kiçik hissələrə bölünərək, sıradan çıxarılıb. Bu sənədlərin məhv edilməsi isə Eldar Mahmudovun və onun dəstəsinin törətdiyi bir sıra cinayətlərin ortalığa çıxmasının qarşını almaq məqsədi güdüb və qismən də buna nail olunub. Belə ki, saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Eldar Mahmudovun işdən çıxarılmasından bir gün sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları MTN-ə daxil olub. Ancaq onların gecikməsi Anti Terror Mərkəzinin rəisi Elchin Quliyev və onun müavini İlqar Əliyevə imkan verib ki, hakimiyyətdə olan ayrı-ayrı yüksək vəzifəli məmurlar, habelə, onların övladları ilə bağlı sensasion kompramatları yox etsin. Anti-Terror Mərkəzinə daxil olan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları otağın yarısına qədər sıradan çıxarılmış sənəd görüb. Məhz elə həmin günü ATM-in rəis müavini İlqar Əliyevin həbsinə qərar verilib. Həmin materiallar o qədər çox olub ki, hətta onu MTN-dən çıxarmaq üçün “QAZEL” gətirilib.
elch-mtn
Həmçinin, ATM rəhbərliyinin məhv etdiyi materiallar arasında disklər də olub. Mənbəmizin sözlərinə görə, həmin disklərdə bir sıra vəzifəli şəxslərin və onların övladlarının intim görüntüləri olub.
Bu disklər arasında ölkənin iri şəhərlərindən birinin icra hakimiyyətinin başçısının da intim görüntüləri varmış.
Mənbəmiz onu da bildirir ki, Eldar Mahmudovun rəqibinə çevrilən bir sıra yüksək vəzifəli adamlar istintaqın əli ilə Elçin Quliyevdən həmin materiallar barəsində öyrənmək istəyir. Ancaq Elçin Quliyev isə danışmaqdan imtina edir. Xatırladaq ki, hələ bir neçə gün əvvəl gununsesi.info Elçin Quliyevin istintaqı özünü asacağı hədəsi ilə şantaj etdiyini yazıb. Ancaq həbsdəki generalın nə zamana qədər susacağı isə bəlli deyil.
Pərviz Həşimli
gununsesi.info