Ölümün adı gələndə belə insanlar qorxuya düşür. Sevdiklərimizi qoyub getmək, görmək istədiyimiz işlərimizi tamamlaya bilməmək, ya da məchul ünvana doğru səyahət etmək bir qədər qorxunc gəlir.
Bəs, görəsən ölüm nədir və biz ölüm haqqında nə bilirik? Ölüm nəyə görə anidən gəlir, yoxsa heç ölüm anidən gəlmir, sadəcə biz belə zənn edirik?
Ölüm, hər bir fərd üçün xüsusi, bənzərsiz, şəxsi bir səfərdir. Biri ölümə doğru yaxınlaşar və bununla da məlum olan bir dünyadan məlum olmayan bir dünyaya doğru səfəri başlayar. Bu prosesdə insan ölümü dərk edir və öz ölümünə inanaraq zehni yolda bir kəşfə başlayır. Bəzilərinin finiş nöqtəsinə çatması aylarla çəkərkən, bəzilərinin səfəri isə cəmi bir neçə gün çəkir.
Ölümə hazırlıq əslində 1-3 ay əvvəldən başlayır. İnsan ölümün yaxınlaşdığını fərq etməyə və onu qəbul etməyə başladığı zaman ətrafından çəkilməyə başlayar. Dünyadan və dünyadakılardan ayrılma prosesinə start verər. Dostlarının, qonşularının və hətta ailə üzvlərinin belə onu görməyini istəməz. Çünki bu zaman qarşılıqlı təsir yarana bilər və bu ölümə hazırlaşan insana pis təsir göstərər.
Ölümə hazırlaşan insan həyatı haqqında düşünər-daşınar, keçdiyi ömür yolunu, etdiyi hərəkətləri xəyalında canlandırar. Necə bir həyat yaşadığını qiymətləndirər və peşman olduğu hərəkətləri haqqında düşünər.
Ölmək üzrə olan insanın iştahası azalar, çəki itirər. Bədəni zəifləməyə başlar və əvvəllər olduğu kimi yeməklərdən güc almağa ehtiyac duymaz. Bir vaxtlar çox xoşladığı şeylər artıq ona maraqlı gəlməz, tək istədiyi yatmaq olar. Dəyişən orqanizmdə müəyyən bir hiss formalaşar. Bədən nə aclıq, nə susuzluq hiss etməz və bu da gözlənilən səfərin başlanğıc mərhələsi olar.
Ölümə 1-2 həftə qalmış ruhi dəyişikliklər yaranar. Bu zaman ölümə hazırlaşan insan daha çox yatar. Tədricən qavrayışı dəyişər, sanki bir gizli düşmənin olması onu qorxudar. Yenilmə hissi kimi qəribə və qeyri adi hisslər yaşaya bilər. Qarabasmalar görə, bəzən gözə görünməyən insanlarla danışa bilər. Danışdığı adam adətən ölmüş insanlar olar. Bu zaman artıq həyat ilə gələcək arasında pərdə qalxmış olur. İnsanın hərəkətləri qəribələşər və digərləri üçün heç bir məna ifadə etməz. Çünki ölüm ayağında olan insan getdikcə bu dünyadan uzaqlaşır.
Ölümə doğru getdikcə insanda fiziki dəyişikliklər də başlar. Bədənin özünü müdafiə xüsusiyyəti yox olar. Orqanizmdə bu müddət ərzində bəzi əlamətlər ortaya çıxar. Bədənin hərarəti azalar, qan təzyiqi aşağı düşər, nəbz nizamsız atar, ləngiyər və ya sürətlənər, insan daha çox tərləyər. Qan dövranı pozulduğundan dəridə də rəng dəyişiklikləri olar. Dəri solğun və göyə çalan bir rəng alar, xüsusilə dodaqlarda və dırnaqlarda bu rəng daha qabarıq hiss olunar. Tənəffüs sistemi pozular. Adətən tənəffüs daha sürətlə və yorucu hala düşər. Tənəffüs sanki tıxanar və bu da öskürəyə yol aça bilər. Danışıq azalar və nəhayət tamamilə dayanar.
Ölümə bir neçə gün və ya bir neçə saat qalmış insanın bu dünyadakı missiya artıq başa çatar. Bununla da insan artıq ölümə doğru yaxınlaşar. Ölüm yaxınlaşdıqca enerji dalğası ortaya çıxa bilər. Yataqdan qalxıb qohumlarla danışmaq, iştahasız günlərdən sonra nəsə yemək istəyi yarana bilər. Bu enerji dalğalanması hər insanda müxtəlif formada olar.
Ölümə salam verməyə hazırlaşan insanın əlləri, ayaqları göyərər və ləkələr meydana çıxar. Bu ləkələr tədricən qollara, qıçlara yayılar. Dodaqlar və dırnaqlar mavi, ya da bənövşəyi olar. İnsan adətən cavab verməməyə başlayar və açıq və ya yarı açıq qalmış gözləri ətrafı görməz. Deyilənə görə, bu dəqiqələrdə ölmək üzrə olan insanın yanında sevdiyi adamların oturub onunla danışması lazımdır.
Son anda isə insanın nəfəsi nizamsız hal alar, getdikcə yavaşıyar və qəfil sürətlənər. Sürətli nəfəs almanın ardınca isə nəfəs tamamilə dayanar. Və nəhayət ürək dayanar və ölüm gerçəkləşər...
Ölüm anlık bir şey değildir, 3 ay önceden başlar! 23.resim
Hazırladı: Zəhra