Dünyanın ən bahalı villasının – Qiyməti

19-09-2016, 09:36   

Fransada dünyanın ən bahalı villasına alıcı axtarırlar.

Moderator.az xəbər verir ki, Nitsanın yaxınlığında, Kap Ferra yarımadasındakı bu villa əvvəllər Belçika kralı II Leopolda, sonra konyak likörünü yaradan Marne Lapostol ailəsinə məxsus olub.

1.1 milyard dollara təklif olunan villada 10 yataq otağı, banket zalı, müxtəlif xidmət otaqları, ibadətgah, qayaların üstündə 50 metrlik hovuz, qış bağı, 30 at saxlamaq üçün mehtərxana var.

Villanın ən qiymətli hissəsi nəbatat bağıdır ki, Avropada şəxsi bağlar içərisində ən gözəli hesab olunur. Bağın ərazisi 141640 kv/metrdir. Bağda 15 bağbanın xidmət etdiyi 20 istixana və 15000 ədəd nadir tropik bitki növləri mövcuddur.

Bu villada Uinston Çerçill, Çarli Çaplin, Elizabet Teylor, Monako şahzadələri istirahət etməyi seviblər.

Daşınmaz əmlak sahəsində indiyədək bu qiymətə heç bir əmlak satılmayıb.

Qeyd edək ki, axırıncı dəfə Texasda 211,000 hektarlıq ranço 725 milyon dollara satılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.