KƏBİRƏ MƏMMƏDOVA POLİSƏ VERİLDİ: Prezidentə belə meydan oxuyan xanım sahibkarı kim(lər) qoruyur?

23-09-2016, 08:53   
KƏBİRƏ MƏMMƏDOVA POLİSƏ VERİLDİ: Prezidentə belə meydan oxuyan xanım sahibkarı kim(lər) qoruyur?
“Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dələduzluqda ittiham olunur. Bu gün ölkə mediasında yayılan xəbərlərdə bildilir ki, Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək Kəbirə Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirib.

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov isə açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Lakin o, K.Məmmədovanın heç kimdən pul almadığını deyib: “Əksinə, Kəbirə xanım daim xeyriyyəçilik əməlləri ilə məşğul olub. Yəni o, çox adama pul verib, lakin heç kimdən pul almayıb”.

Savash.org mövzunun aktuallığını nəzərə alaraq Kəbirə Məmmədovanın müəllifliyi ilə həyata keçirilən bir neçə “xeyriyyəçilik addımı”nı yenidən xatırlatmağı özünə borc bilir. Beləliklə, müxtəlif zamanlarda ölkə mediasında yer almış, anti-qəhrəmanı isə Kəbirə Məmmədova olan yazılardan bir neçəsinə yenidən göz ataq.

“Kəbirə məni aldadıb, qızımın üzünə baxa bilmirəm...”

Tofiq Cəfərov adlı vətəndaş bir müddət öncə Kəbirə Məmmədovanın necə “xeyriyyəçi” olduğunu başına gətirilənlərdən sonra bilib və çətin ki, ömrünün sonuna qədər unuda. Baş verənləri vətəndaşın özü belə təsvir edib:

"25 il Ukraynada yaşadıqdan sonra ailə vəziyyəti ilə əlaqədar Azərbaycana döndüm. 23. 01. 2007 - ci ildə bir qızım dünyaya gəldi. İş qurub ailəmi dolandırmaq istədim. 2007 - ci ildə Qaradağ rayonunda yeni tikiləcək Binə və Sədərək ticarət mərkəzlərinə hərəsində 2 mağaza (4) tikilməsi üçün Binə Ticarət Mərkəzinə 2x50kv =100 kv 70000 azn, Sədərək Ticarət Mərkəzinə 50kv+30kv = 80kv 37500 azn ödədim. 2008 - ci ildə təmir üçün Binə TM - nə 100 kv 5500azn ödədim. 2009 - cu ildə adıçəkilən Ticarət Mərkəzləri fəaliyyətə başladı. Binə TM - nin müdiri Kəbirə Məmmədova mağazalarımın mənə təhvil verilməsi üçün 2 mağaza üçün 16000 qapı və açar pulu istədi və mən də ödədim. Mağazalar 5 qat bahasına satıldı başqa şəxslərə. Mən isə əlimdə sadəcə saxta müqavilədə göstərilən heç də tikilməyi gözlənilməyən mağaza nömrələri ilə qaldım.14 və 18-ci sıra. Bu günə kimi o sıraların adı var, mağaza isə o sıralarda yoxdur.. Mən isə nə qapı gördüm, nə də açar. Dəfələrlə “sənin mağazalarını verəcəyəm” deyib məni aldadan Kəbirə Məmmədovaya 2009 - cu il dekabr ayında dedim ki, Prezidetimizə məktub yazıb hər şeyi olduğu kimi bildirəcəyəm, ondan aldığım cavab isə belə oldu - "get nə bilirsən elə". İllərdir ki, haqqımı ala bilmirəm. Görünür, Kəbirə Məmmədova haqlıymış – “get nə bilirsən elə” deməklə. 2007 - ci ildən pulumdan yazıq, ac milyonerlər faydalanırlar, mən isə balaca qızımın üzünə baxa bilmirəm”.

“Sənə veriləcək pulum yoxdur, get...”

Rafil Həsənov da ötən il ölkə prezidentinə müraciət edib, onun müraciətinin ana qayəsini də Kəbirə Məmmədovanın “xeyriyyəçiliyi” təşkil edir:
“Kəbirə Məmmədova 2006-cı ildə məndən 135 min manat alıb. İndi isə deyir ki, get dərdini kimə deyirsən, de”.

Şikayətçinin bildirdiyinə görə, hələ 2006-cı ildə Binə Ticarət Mərkəzi tikildiyi zaman o, Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat verib. Lakin aradan 9 il keçməsinə baxmayaraq, Kəbirə Məmmədova iş adamının nə pulunu, nə də dükanını verir:

“Mən 2006-cı ildə şahidlərin yanında Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat vermişəm. Aradan 9 il keçməsinə baxmayaraq, dükanlarımı ala bilmirəm. Uzun mübahisələrdən sonra Kəbirə Məmmədova mənim pulumun yarısını – 70 min manatımı qaytarıb. İndi isə, Kəbirə Məmmədova mənim yerdə qalan pulumu, yəni 65 min manatımı qaytarmaqdan imtina edir. Deyir yer verim, gedin dükanı özünüz tikin. Halbuki mən 135 min manatı Binə Ticarət Mərkəzinin mərkəzində dükan almaq üçün vermişdim. Buna görə də pulumu geri istəyirəm. Amma Kəbirə Məmmədova mənə deyir ki, sənə veriləcək pulum yoxdur. Get dərdini kimə deyirsən, de. Hətta məni hədələməkdən belə çəkinmir. Sözün düzü, mən başa düşə bilmirəm, biz hüquqi dövlətdə yaşayırıq, ya başqa bir sistemdə. Mən deyəndə ki, cənab prezidentə, hüquq-mühafizə orqanlarına şikayət edəcəm, deyir ki, get kimə deyirsən de. Bu artıq Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxumasıdır”.

Təqdim etdiyimiz konkret 2 fakt Kəbirə Məmmədovanın “xeyriyyəçiliyi”nin tam siyahısı deyil, onun digər “müqəddəs əməlləri” haqda isə növbəti yazılarda məlumat verməyə çalışacağıq. Hər halda bizə çox maraqlıdır, Prezidentə meydan oxuyan, sahibkarlara “pul atan” Kəbirə Məmmədova niyə toxunulmazdır, onu kim(lər) qoruyur?

Mövzuya qayıdacağıq.

Arzu
Savash.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.