KQB NATO baş katibini necə ələ almaq istəyib?

5-10-2016, 08:53   


KQB NATO baş katibini necə ələ almaq istəyib?



Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Stoltonberq müəllifi olduğu «Mənim tarixim» kitabında yazıb.

Kitabda Stoltonberq KQB-nin onu ələ almaq planından bəhs edib: «1970-ci illərin sonlarında SSRİ-nin Oslodakı əməkdaşları ilə təmas qururdum. 80-ci illərdə isə mədəniyyət məsələləri üzrə attaşe Boris Kirillovla bir neçə dəfə ünsiyyətim olmuşdu. Kirillovla Stortorved meydanındakı milli yeməklərin verildiyi restoranda görüşüb nahar eləmişdik, siyasətdən danışmışdıq. Zamanla məlum oldu ki, səfirliyin əməkdaşı casusdur və onun əsas vəzifəsi norveçli siyasətçiləri ələ almaqdır. Sonradan bildim ki, KQB-də mənim də məsələm müzakirə olunub və hətta mənə kod adı da veriblər – Steklov».

Stoltonberq yazır ki, 90-cı illərdə Norveç rəhbərliyinin istəyi əsasında Kirillovla görüşməli və onun KQB-dən ayrıla bilib-bilməyəcəyini öyrənməli idi: «Ona deyəcəkdim ki, Norveç təhlükəsiz ölkədir və burada ona yaxşı baxacaqlar. Bu vəzifəni yerinə yetirərkən özümü casus romanının personajı kimi hiss edirdim. Lakin Kirillovu bir daha görə bilməmişdim».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.