Vəhabi şeyxdən fətva: "1 yaşlı qızla da evlənmək olar"

7-10-2016, 10:44   

İslamda nikahla və ailə ilə bağlı dəqiq şərtlər var. Lakin ailə qurmaq üçün xanımın yaşı ilə bağlı zəruri minimum, məhdudiyyət yoxdur.

Səudiyyə Ərəbistanının ən məşhur din xadimlərindən biri, "nikah və ailə məsələləri üzrə mütəxəssis" kimi tanınıdılan şeyx Əhməd əl Müb belə deyib.
"Ailə iki məqamdan ibarətdir: ilk əvvəl kişi və qadın arasında razılıq olmalıdır. Bu, ilkin şərtdir. İkinci şərt isə ərlə arvad arasında cinsi əlaqədir. Ailə qurmaq, nikaha girmək üçün minimum yaş yoxdur. Bir yaşlı qızla da evlənmək olar. 7-8, yaxud 9 yaşlı qızların evlənməsi də yasaq deyil. Yetər ki, valideyn, xüsusilə də qızın atası razı olsun. Çünki atanın qərarı qız üçün məcburidir. Əsas məsələ nikah qurulan qızın cinsi əlaqəyə müvafiq yaşda olmasıdır ki, bu da müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Yəməndə qızları 9, 10, 11 yaşda, yaxud da 13 yaşda ərə verirlər. Əksər ölkələrdə minimal yaş həddi 16-dır. Bəzi ölkələrdə isə 18 yaşına çatmamış qızların ailə qurması yasaqdır", - şeyx əl Müb deyib.

Vəhabi şeyx daha sonra Hz.Məhəmmədi (s.ə.s) misal gətirib: "Allahın Rəsulu bizim üçün nümunədir. O, Hz.Aişəni 6 yaşı olanda almışdı, Aişənin 9 yaşı tamam olanadək gözlədi".

Əl Mübün bu sözləri proqramın aparıcısını da sinirləndirib.

///Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.