Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fazil Məmmədov daha bir nəfəri vəzifəsindən azad etdi

25-01-2018, 19:19   

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Rəşad Əlizadə tutduğu vəzifədən azad edilib. Bu barədə virtualaz.org-a qurumun mətbuat xidmətindən bildirilib.

Orxan Məmmədov

Fazil Məmmədov bu vəzifəyə əvvəllər idman şöbəsinin rəisi işləmiş Orxan Məmmədovu təyin edib. O, güləş üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Orxan Məmmədov idman ustasıdır, Azərbayvanın əməkdar məşqçisidir.

Xatırladaq ki, bundan öncə sabiq vergilər naziri Fazil Məmmədov Firdovsi Umudovu Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə təyin etmişdi. Bu vəzifədə o, Sahib Ələkbərovu əvəz etmişdi.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar