Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ərdoğandan düşmənlərin eşitmək istəmədiyi açıqlama: Münbiçi hədəf göstərdi, ABŞ şokda

26-01-2018, 14:18   

“Bir terrorist saxlamadan bu mübarizəmizi davam etdirəcəyik.”

A24.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Afrində başladılan “Zeytun budağı” hərəkatının ardından YPG-nin olduğu digər bir bölgə olan Münbiçə hərəkatın təşkil ediləcəyini haqda işarələr verərək “İraq sərhədinə qədər, heç bir terrorist saxlamadan bu mübarizəmizi davam etdirəcəyik” -deyib.

Prezident və AK Partiya Ümumi Başçısı Rəcəb Tayyib Ərdoğanın partiyasının ümumi mərkəzində təşkil edilən Genişlədilmiş vilayət başçıları yığıncağında etdiyi çıxışında bildirib:

“Separatçı terror təşkilatı getdiyi hər yerdə qan tökərək, insanların mallarını yağmalayaraq, namuslarına toxunaraq gerçək üzünü göstərmişdir. Hələ Türkiyəni üstü örtülü və ya açıq təhdidlərlə yolundan döndərməyə çalışanlar terror təşkilatının yanında olduqlarını göstərirlər. Əfqanıstan məsələsi təxminən 18 ildir davam edir. Biz 7 gündür girmişik, artıq danışmağa başlayıblar.

Bəzi şəxslər bunu yaxşı bilsin. Bu gün əməliyyatın 7-ci günüdür. 343 terrorist zərərsizləşdirlib. Bunlar bizə məlum olan rəqəmlərdir. Bundan narahat olanlar “Müharibəni dayandırın” çağırışı edirlər. Bu terrorist sevənlərin “Sülhə hə” demələrini də görmədik. Bunların sülhlə heç bir əlaqələri yoxdu.”

Qeyd edək ki, ötən gün Türk ordusunun Münbiçə doğru irəliləməsindən bölgədəki mövcud olan ABŞ qüvvələrinin təhlükəsizliyi səbəbiylə ABŞ rəsmiləri narahatlığını Ankaraya bildirmişdi. Bundan sonra isə ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Məsləhətçisi Tomas Bossert Davosda keçirilən Dünya İqtisadi Forumunda “Zeytun budağı” əməliyyatı haqqında danışaraq “Ağır nəticələri ola bilər” – deyərək Türkiyəni təhdid etmişdi.

Məhəmməd Şükürlü //a24.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar