Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vergilər Nazirliyində təmizləmə - Binəqədi İH başçısının oğlu vəzifəsindən çıxarıldı

1-02-2018, 14:47   
Vergilər Nazirliyində təmizləmə - Binəqədi İH başçısının oğlu vəzifəsindən çıxarıldı
Vergilər Nazirliyinin Bakı şəhəri üzrə lokal gəlirlər departamentinin direktor müavini Elnur İsgəndərov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Musavat.com xəbər verir ki, mediada gedən xəbərlərə görə, Elnur İsgəndərov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğludur.


Xaləddin İsgəndərov

Bununla yanaşı, E.İsgəndərovun sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu olduğu bildirilir.

Qeyd edək ki, F.Məmmədov iki ay əvvəl vergilər naziri vəzifəsindən götürülüb, onun yerinə isə sabiq təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Hazırda Cabbarovun Vergilər Nazirliyində intensiv kadr dəyişiklikləri apardığı bildirilir.



Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar