Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Müharibənin bir addımlığı – Ərdoğan: "Gəlirik" - Amerikalı komandir: "Döyüşəcəyik"

9-02-2018, 16:48   
Hər iki tərəf savaşa hazırdır…


A24.az xəbər verir ki, Türkiyə ilə ABŞ arasında Münbiç məsələsi hər keçən gün daha da gərginləşir. Türk əsgərinin Afrindən sonra Münbiçə girəcəyi xəbərindən narahatlığını bildirən ABŞ təhdidlərinə davam edir.

İŞİD-lə mübarizə koalisiyasının ən üst səviyyəli ABŞ komandiri Paul E. Funk ABŞ qüvvələrinin Münbiçdə qalacağını söyləyib. Funk Münbiçin İŞİD-dən təmizləndiyini və bunun “qalıcı olmasını təmin etmək üçün bölgədə olduqlarını” qeyd edib.


Associated Pressin xəbərinə görə, ABŞ-lı hərbi heyətin Münbiç səfəri zamanı jurnalistlərin suallarını cavablayan General Funk Amerika hərbi qüvvələrinin kürd müttəfiqlərini dəstəkləmək və Türkiyənin başlatdığı əməliyyatın davam etmə təsirini azaltmaq üçün Münbiçdə olduğunu bildirib.



Funk Türkiyənin etdiyi xəbərdarlıqdan narahat olub olmadığına dair verilən sualını isə, “Xeyr, mənim işim narahat olmaq deyil. Mənim vəzifəm döyüşməkdir. Bizi vursanız, aqressiv şəkildə qarşılıq verəcəyik. Özümüzü müdafiə edəcəyik” – deyərək cavablandırıb.

Erdoğan geri addım atmır…



“Bizim yüzlərlə şəhidimiz var. Bunu Amerika bilir? Görür? Onlar bizə çox şey danışdılar, ancaq doğru danışmadılar. Cənab Obama da düzgün danışmadı. Tramp da eyni yolu gedir. “Münbiçdən çıxacağıq” demişdiniz. Amma hələ də PYD, YPG, PKK-nı yerləşdirirsiniz. Hələ “Münbiçə gəlməyin” də deyirsiniz. Biz torpağı əsl sahiblərinə qaytarmaq üçün Münbiçə gələcəyik” – deyə Ərdoğan bildirib.

A24.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar