![](/uploads/posts/2018-02/thumbs/1518260813_fff.jpg)
İsrail yenidən Suriyaya hücum etdi! Əsədin Sarayının yaxınlığı bombalandı.
A24.az xəbər verir ki. İsrail ordusu Suriyada rejiminə qarşı yeni hava hücumları təşkil etməyə başlayıb. İsrailə məxsus döyüş təyyarəsinin vurulmasından sonra İran hədəflərinə istiqamətləndirilimiş zərbələr davam edir.
İsrail ordusu, səhər saatlarında döyüş təyyarəsinin vurulmasından sonra Suriyadakı rejim və İran hədəflərinə istiqamətli yeni hava hücumu təşkil etdiyini açıqlayıb.
Ordu tərəfindən verilən açıqlama da, İsrail döyüş təyyarələrinin Suriyada 12 hədəfi vurduğunu bildirilib. Açıqlamada vurulan yerlər arasında “Əsəd rejiminə aid üç hava müdafiə etmə sistemi ilə İrana aid dörd hərbi bazası da olduğu qeyd edilib.
Buna qarşılıq Suriya tərəfindən də zenit atəşi açılıb.
Bəyanatda deyilir: “İsrail ordusu hər cür ssenariyə hazırdır və vəziyyəti qiymətləndirib, ona görə hərəkət edəcəkdir”
Suriyadakı Bəşər Əsəd rejimi, İsrailli döyüş təyyarəsinin vurulmasından sonra İsrail hücumlarının davam etdiyini qeyd edib. Əsəd rejiminin xəbər agentliyi SANA, İsrail pilotlarının səhər saatlarında Suriyadakı bəzi hədəflərə zərbə endirdiyini söyləyib.
A24.az