Bir qədər əvvəl "Zeytun budağı" əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.
Axar.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib.
"Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Amma bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, - deyə Ərdoğan bildirib.
***
Hərbi helikopter vurulması nəticəsində Türkiyə ordusunun iki əsgəri şəhid olub.
Bu barədə Türkiyə Baş naziri Binəli Yıldırım məlumat verib.