Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Təyyarəsi qəzaya uğrayan şirkət Bakıya aviareys açır

12-02-2018, 10:02   

Xəbər verildiyi kimi, Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus “An-148” sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Məlumat üçün bildirək ki, “Saratov Airlines” martın 29-dan Ufa-Bakı aviareysini həyata keçirməyə başlayacaq.

“UfacityNews.ru” qəzeti xəbər verir ki, aviaşirkət uçuşlara “AN-148” təyyarələri ilə martın 29-dan başlayacaq.

Məlumat verilib ki, cümə axşamı günləri təyyarə saat 21:55-də Ufa Beynəlxalq Aeroportundan qalxacaq və saat 00:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Əks istiqamətdə isə Bakıdan 05:40-da qalxan təyyarə 10:00-da Ufa aeroportuna eniş edəcək. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edir.

Hər iki istiqamətdə aviabiletlərin qiyməti 20,516 rubl (353 dollar) təşkil edir.azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar