![12 türk əsgərini şəhid edən terroristlər körpələri istifadə edib - XAİN PLANIN TƏFƏRRÜATI](/uploads/posts/2018-02/1518417778_xxxxxx-1.jpg)
Türk əsgərlərinə qarşı vətəndaşlardan istifadə edən terrorçuların xain planı açıqlandı.
A24.az xəbər verir ki, dünən PYD / PKK terrorçuların hücumu nəticəsində 12 əsgərin şəhid olduğu qarşıdurmada terroristlərin uşaqların da olduğu vətəndaşlardan istifadə etdiyi məlum olub.
Anandolu agentliyinin bölgədəki təhlükəsizlik qüvvələrindən əldə etdiyi məlumata görə, PYD / PKK terrorçular hücab təşkil edərkən zaman-zaman vətəndaşları istifadə edib.
Təhlükəsizlik qüvvələri dünən 2-si helikopter pilotu olmaqla ümumi 12 əsgərin şəhid olduğu hərəkat bölgəsində PYD / PKK terrorçuların içində uşaqların da olduğunu qeyd edib.
Hücum anıyla əlaqədar məlumat verən təhlükəsizlik qüvvələri günorta saatlarında 70-80 nəfərlik vətəndaş qrupunun onlara yaxınlaşması üzərinə əsgərlərin havaya xəbərdarlıq atəşi açdığını, xəbərdarlıq atəşini nəzərə almayan kütlənin irəliləyişini davam etdirməsi üzərinə 16 nəfərlik hərbçinin onları dayandırmaq məqsədiylə hərəkət etdiyini, kütləyə yaxınlaşan hərbiçilərə vətəndaşların arasından qumbara atıldığını, bu zaman kənd içində gizlənən PYD / PKK-lıların silah və raketlərlə hücuma keçdiyini, ilk hücumdan 16 nəfərlik hərbiçidən 9 əsgərin şəhid olduğunu, hücuma müdaxiləyə getməyə çalışan helikopterdə texniki problemin yaranmasını və 2 pilotun şəhid olduğunu bildirib.
Qarşıdurmanın başlamasının ardından vətəndaşların qaçaraq yenidən qayıtdığı, yaralılara köməyə gedən komandirlər tərəfindən 40-a yaxın PYD / PKK terroristin zərərsizlşdirildiyi və digər terrorçuların isə qaçdığı öyrənilib.
Bölgənin bir neçə saat sonra tamamilə terroristlərdən təmizləndiyini, küncə sıxışan PYD / PKK-lıların vətəndaşları canlı qalxan olaraq istifadə edərək bu cür hücumlar təşkil etdiklərini bildirən təhlükəsizlik qüvvələri əməliyyat başladıqdan bəri vətəndaşların can təhlükəsizliyinin qorunması üçün Türk Silahlı Qüvvələrinin maksimum diqqət göstərdiyini vurğulayıb.
A24.az