Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Parlamentdə yeni təklif - “Qaradağa Heydər Əliyevin adı verilsin”

13-02-2018, 20:05   



11 saylı Qaradağ seçki dairəsindən deputat edilmiş Aydın Hüseynov fevralın 13-də Milli Məclisdə bir təklif verib. Həm də YAP-ın Qaradağ təşkilatının sədri olan deputat deyib ki, Qaradağ rayonuna Heydər Əliyevin adı verilsə yaxşı olar. Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsinin müzakirəsi gedən vaxtda bu YAP-çı deputatın ağlına belə bir təşəbbüs gəlib. Qaradağın adını dəyişib Heydər Əliyev qoysalar, bunun Ələtdə azad iqtisadi zona yaratmağa necə və hansı formada müsbət təsiri olacaq, bu barədə deputatın nəsə deyib-demədiyi bəlli deyil. Yayılan məlumatlarda yalnız belə qeyd olunur ki, A.Hüseynov təklifini H.Əliyevin 95 illiyi ilə əlaqələndirib. Bir də onu deyib ki, Qaradağın sosial-iqtisadi inkişafında H.Əliyevin xüsusi rolu olub. Vəssalam.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar