![](/uploads/posts/2018-02/thumbs/1518770743_astan29535_1502133388-651x369.jpg)
Millət Vəkili Astan Şahverdiyevin Azərbaycandan köçməsi barədə məlumat vermişdik.
Açıqlama ilə bağlı zəng vurduğumuz və şəxsən Astan Şahverdiyevə məxsus olan nömrəyə orta yaşlı bir qadın cavab verdi. Bildirdi ki, Astan Şahverdiyevin anasıdır və deputat burada yaşamır.
Bir müddət sonra Astan Şahverdiyev saytlardan birinə açıqlamasında anasının çoxdan vəfat etdiyini və özünün 71 yaşı olduğunu bildirdi. Yəni bu məntiqlə anasının sağ olması mümkün deyilmiş. Əslində telefona cavab verən şəxsin səsindən millət vəkilinin anası olmadığını başa düşsək də, jurnalisti axmaq yerinə qoymağa və bizimlə “gizlənpaç” oynamağa çalışan millətin vəkilini sonuna qədər qovmağa qərar verdik.
Və nəticə olaraq Astan Şahverdiyevin “anası”nın səs yazısını sizə təqdim etməyi özümüzə borc bilirik.
[media=https://www.youtube.com/watch?v=YfA2LUfqPbY]