Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Menbiçlə bağlı ABŞ Türkiyə ilə razılığa gəldi

1-03-2018, 18:11   

ABŞ rəsmisi gərginliyə səbəb olan Menbiç barəsində Türkiyəni müəyyən qədər rahatlaşdırdı.

A24.az xəbər verir ki, ABŞ ilə Türkiyənin arasında gərginliyin artmasına səbəb olan Menbiç mövzusunda razılığa gəlinib.

Üst səviyyəli ABŞ rəsmisi “Menbiçin təhlükəsizliyinin təmin edilməsi YPG tərəfindən olması şərt deyil” deyib. İraq və Suriyada İŞİD təhdid hədəfindən çıxdıqdan sonra, ABŞ-ın “PYD ilə siyasi əməkdaşlığını, YPG ilə də hərbi əməkdaşlığını” bitirəcəyəni Ankaraya rəsmi olaraq bildirib.

Qeyd edək ki, Tillerson Ankaraya səfəri zamanı İŞİD-i məğlub etdikdən sonra ABŞ-ın “PYD ilə siyasi, YPG ilə də hərbi əməkdaşlığı bitirəcəyi” zəmanəti bildirmişdi. Vaşinqtonun fikrincə, regionda İŞİD təhdidi hələ bitməyib. Amerika rəsmisi, “Düşmənin məğlub edilməsinə dair erkən qərar verildiyi üçün nəticələr ortadadır. Bunun ən bariz nümunəsi İraqdır” deyərək, İŞİD təhlükəsi tam olaraq aradan qalxmadan, mübarizəyə davam edəcəyini qeyd etmişdi.

Ankara ilə Vaşinqton arasındakı ən böyük narahatlıq Prezident Rəcəb Tayyib Ərdoğanın Fəratın qərbindəki Menbiç şəhərinin idarə olunmasını YPG qüvvələrinə buraxılması idi. Vaşinqton komitə iclasları başlamazdan əvvəl bu mövzuda Ankaranı rahatlaşdırıb.

“Türkiyənin Menbiç də daxil olmaqla Şimali Suriya ilə bağlı narahatlıqlarını anlayırıq” deyən amerikalı rəsmi, “Menbiç şəhərdir. Buna görə də təhlükəsizliyi təmin edilməlidir. Lakin bu təhlükəsizliyi YPG təmin edəcək deyə bir şərt yoxdur” – deyə bildirib.

A24.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar