Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Bu, Allaha rüşvət təklif etməkdir” - İlahiyatçıdan bahalı Həcc ziyarəti ilə bağlı açıqlama

22-02-2019, 18:24   


“Bu, Allaha rüşvət təklif  etməkdir” - İlahiyatçıdan bahalı  Həcc ziyarəti ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti artıq məlum olub. 

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edəcək. Ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotel qiymətlərinin bahalaşması ilə əlaqədardır. Artıq Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək arzusunda olan bütün insanlar bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq. Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu. Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edirdi. 

Cebhe.info xəbər verir ki, Həcc ziyarətinin qiymətinə münasibət bildirən ilahiyyatçı Tural İrfan  bahalı ziyarətdənsə, ehiyacı olanlara yardım tərəfdarı olduğunu deyib: 

“Artıq İslam dinini ABŞ səudların əli ilə biznesə çevirir. Kəsilən qurbanlar Yəmən, Somali kimi kasıb ölkəyə deyil, naməlum yerlərə paylanılır. Sizin ərəbə verdiyiniz həmin pullarla səudlar raket alıb Yəmən körpələrini qırırlar. O məbləği öz ölkəmizdəki kasıblara dağıtsanız,  100 Həcc savabı qazanarsınız. Üstəlik Allah bu əməlinizə görə sizə elə bir yol açar ki, Həccə pulsuz gedib -gələrsiniz. Əgər desəniz ki, Həcc vacibdir, deyərəm ki, Həccdən qabaq vacib olan minlərlə əməl var, onların hamısını etmisinizmi? Vacibdir, ancaq gəlin görək gedənlərə dəqiq vacibdirmi? Həmin pulları halal, zəkat-xümsünü verib, rüşvətsiz toplamısınız? Ac qonşunuzdan, yaşlı valideyninizdən, sizə əl açandan gizlədib, "Həcc üçün yığıram" deyərəkmi yığmısınız? Həqiqətənmi şəriətə görə zəngin hökmündəsiniz? Əgər zəngin hökmündəsinizsə, Həccdən qabaq kasıblar üçün nə etmisiniz? İslamda vacib olan bütün illərin zəkatını vermisinizmi? Əgər bunları etsəniz, sizin axırda Həccə getməyə bir manatınız da qalmaz. Demək, etməmisiniz. Ad-san, şöhrət üçün ora getmək günahdır. "Hacı" çağırılmaq üçün ora getmək günahdır. Hazır olmadan getmək günahdır”. 

İlahiyyatçı əlavə edib ki, bununla yanaşı deyilən şərtləri yerinə yetirib həqiqi hazır olanlar da yox deyil, ancaq barmaqla sayılası qədərdir: 

“Onların da imkanı yoxdur, çünki Allah istəyəni ediblər. Gəlin məntiqlə düşünək. Allah istəyərmi öz ölkəndə ac-yalavac insanlar ola-ola sən bu qədər pulu yollara tökə-tökə gedəsən. Deyəsən ki,  gəlmişəm, aclar, yoxsullar özləri bilər, mənim günahlarımı bağışla? Bu, artıq Allaha rüşvət təklif etməkdir. Allah qətiyyən indiki Həcc ziyarətlərini qəbul etmir, çünki “Quran” məntiqi bunu inkar edir”. 

Hicranə 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar