Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya müharibəyə hazırlaşır – Poroşenko SENSASİON FAKTLARI AÇIQLADI

26-02-2019, 14:34   
 

Rusiya tərəfindən tammiqyaslı təcavüz təhlükəsi realdır.
Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“Tammiqyaslı müharibə təhlükəsi bəyanat deyil. Xüsusilə, rəqibin indiki hərbi hazırlıqlarını nəzərə alaraq, müharibə təhlükəsi realdır. Hazırlıqlar Ukraynanın sərhədinə yaxın ərazilərdə - Smolensk, Voronej, Belqorod, Rostov vilayətlərində və Krımda aparılır”, - Poroşenko Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirilən operativ-strateji iclasda deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynada öz hədəflərinə silahlı yolla çatmaq imkanından heç vaxt imtina etməyib.
Poroşenko dəqiqləşdirib ki, Rusiya qərb istiqamətində iki ümumqoşun ordusunu, ordu korpusu, tank ordusu, həmçinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə güclərini cəlb edir. O qeyd edib ki, Rusiya cənub-qərb - Donbas istiqamətində iki ordu korpusu çəkir.
Prezident əlavə edib ki, Rusiya həmçinin Krım və Qara dəniz hərbiləşdirilməsiylə məşğul olur.
Pyotr Poroşenko daha əvvəl bildirib ki, hərbi ekspertlərin fikrincə, Ukraynayla sərhəddə Rusiya gücləri taktik hücum zərbə qrupudur.
Ömər
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar