Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məzahir Pənahovun sürücüsü "protiv" getməkdən əl çəkmir - VİDEO

1-03-2019, 16:47   
Məzahir Pənahovun sürücüsü "protiv" getməkdən əl çəkmir - VİDEO
Eyni yerdə hər gün qaydanı pozur

1 mart tarixində, saat 09:04 radələrində paytaxtın Azadlıq prospektində daha iki qayda pozan sürücünün görüntüləri Avtosfer.az kameralarına düşüb. Əvvəlcə 99 SL 332 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozmaqla tam olaraq əks hərəkət istiqamətinə çıxıb axına qarşı hərəkət edir. 


İkinci sürücü isə bundan əvvəl iki dəfə Avtosfer.az saytında qayda pozması ilə bağlı yazılan, hətta buna görə DYP rəsmiləri tərəfindən protokol tərtib olunmuş Mərkəzi Seçki Komissiyasının  xidməti avtomobilidir. Görəsən MSK rəsmisi doğurdandamı öz sürücüsünün öhdəsindən gələ bilmir? Axı digər vətəndaşlara nümunə olmalıdır olan dövlət məmurunun sürücüsü ona verilmiş xidməti avtomobillə qanunlara qarşı niyə belə saymamazlıq etməyə meyllidir? Hələ eyni yerdə 3 dəfə bizim kameralara düşən sürücü görəsən Təhlükəsiz Şəhər Kameralarına neçə dəfə düşüb?

Avtosfer.az görüntüləri təqdim edir.



Kənan


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar