Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cəbhədə döyüşlər gedir, ölü və yaralılar var - Müharibə başlandı

2-03-2019, 16:47   
 
Hindistan və Pakistan əsgərləri Kəşmir nəzarət xəttində toqquşub.

Publika.az
 xəbər verir ki, Pakistan Hindistan ordusunun Nakilay Tattapani və Jandrot bölgələrində mülki əhaliyə atəş açıb.

Açıqlamada Pakistan ordusunun 2 əsgərinin və 2 mülki şəxsin öldüyü, iki nəfərin isə yaralandığı deyilir.

Hindistan tərəfi isə Pakistan ordusunun açdığı atəş nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda iki nüvə dövləti olan Pakistan və Hindistan arasında gərginlik pik həddə çatıb. Fevralın 14-də Kəşmirin Hindistan tərəfində 44 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Hindistan bu terrora görə Pakistanı ittiham edib, daha sonra gərginlik başlayıb.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar