Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hind sualtı qayığı Pakistan donanması tərəfindən ƏNGƏLLƏNDİ

5-03-2019, 16:17   



Hind sualtı qayığı Pakistan donanması tərəfindən ƏNGƏLLƏNDİ





Hurriyyet.org xəbər verir ki, Pakistanın Dəniz Qüvvələri Komandanlığı bu gün səhər saatlarında bir hind sualtı gəmisinin Pakistanın sahil sularına girmək istəyərkən əngəlləndiyini və Hindistan sahillərinə geri dönmək məcburiyyətində qaldığını bildirib: “Müasir texnologiyaya malik olan hind sualtı qayığının Pakistan donanması tərəfindən aşkar edilməsi Hindistan donanmasının zərərinədir”.

Pakistan son dəfə 2016-cı ildə bir hind sualtı qayığının Pakistan sahillərinə daxil olmaq üzrə ikən əngəlləndiyini xatırladaraq bildirib: “Sülhü mühafizə eləmək üçün Hindistan sualtı qayığı hədəfə alınmayıb. Bu hərəkət Pakistanın sülh arzusunun bir əksidir”.

Açıqlamada deyilir: “Hindistan da sülhə meylli olduğunu göstərməlidir. Pakistan hər hansı bir aqressiyanın cavabını dərhal verəcəkdir”.

Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar