Siyasətin ağır topu - kimsə arzulamazdı ki, onun Zahid Oruc kimi rəqibi olsun...

17-07-2024, 09:38   








Azərbaycan siyasətinin ağır toplarından və strateqlərindən olan Zahid Orucun 33 saylı Xətai Birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməsi təəccüb doğurmadı, amma maraq doğurduğunu etiraf etmək lazımdır. İndiyə qədər Bərdədən millət vəkili olmuş Zahid Orucun indi Bakının mərkəzi rayonlarından birindən namizədliyini irəli sürməsi təbii ki, onun siyasi təcrübəsinin, siyasi təfəkkürünün hansı yüksəlişdə olduğunu nümayiş etdirir. Zahid Oruc artıq yüksək erudusiyalı, praqmatik, siyasi proseslərə ideoloq və strateq kimi qiymət verməyi ən professional şəkildə bilən siyasət adamıdır. Onun parlamentdə 25 illik müsbət fəaliyyəti, Strateji Tədqiqatlar Mərkəzində dərin təhlilləri, Bərdə seçiciləri qarşısına alnıaçıq çıxması, dövlətin və siyasi iqtidarın önündə qazandığı prestij, nüfuz və kristal reputasiya, son olaraq növbədənkənar prezident seçkilərində ikinci olması deməyə əsas verir ki, Zahid Oruc çoxdan Bakının mərkəzi dairələrinin birindən deputatlığa namizədliyini irəli sürməliydi. Çünki Zahid Oruc siyasi arenada indi elə bir təcrübəyə, siyasi savada və intellektə, o cümlədən qüsursuz natiqliyə sahiblənib ki, indi hansı dairədən namizəd olsa, demək olar ki, orada səs qazanıb qalib gələr. Elə bunun nəticəsidir ki, Zahid Orucun namizəd olduğu dairədə son dərəcə özünə görə biliyi, iqtisadi və siyasi savadı, cəmiyyətdə populyarlığı olan ReAl Partiyasından Natiq Cəfərli də namizədliyini irəli sürsə də, o, bundan ehtiyat etmədi. Sözsüz ki, bu dairə çox maraqlı olacaq və iki tanınmış sima mandat uğrunda yarışacaqlar. Natiq Cəfərli açıqlamasında təsdiq edib ki, Zahid Orucla yarışmaq zövqlü olacaq. Sitat: "Zahid Oruc da çox təcrübəli siyasətçidir. O, uzun müddətdir, parlamentin üzvüdür. Bilikli insandır. Onunla yarışmaq zövqlü olar, məncə. O da ilk dəfədir ki, bu seçki dairəsindən nammizədliyini irəli sürür.  Maraqlı, intellektual mübarizə olacaq. Kim seçicilərin səsini və rəğbətini qazanacaqsa, ona da uğurlar diləyirəm. Təbliğat-təşviqat dövründə məmnuniyyətlə Zahid bəylə debatlarda iştirak etməyə hazıram. Bu debatları təşkil edəcək media işçilərinə də müraciət edirəm. Çox maraqlı debatlar ola bilər”.
Göründüyü kimi, rəqibi onun gücünü, təcrübəsini və biliyini yüksək qiymətləndirir, bunu etiraf etməyə də məcburdur. Əgər tam tərsinə söyləmiş olsaydı, elə başlanğıcda seçki yarışında ilk xalı itirəcəkdi. Hərçənd, Natiq Cəfərli yuxarıda sadalanan keyfiyyətlər və üstünlüklər baxımdan seçki yarışına 0:3 geridə başlayır. Nəzərə alaq ki, Zahid Oruc ölkə siyasətində böyük bir yol keçmiş, idarəçilik qabiliyyəti, siyasi iqtidar qarşısında və cəmiyyətdə nüfuz sahibi olan sanballı şəxslərdən biridir. Bu günə qədər deputat olduğu Bərdədə bircə dəfə seçiciləri narazılıq etməyib ki, Zahid Oruc millət vəkili kimi millətin probleminə laqeyd yanaşsın. Hətta dairə üzrə seçicisi olmayan Bərdə sakinlərinə də hər zaman dəstək verib, problemini müvafiq stansiyalara yönəldib, həllinə nail olmağa çalışıb. Eyni zamanda, parlamentdə ən aktiv deputatlardan bəlkə də birincisidir. Onun demək olar ki, bütün parlament iclaslarında çıxışlarına rast gəlmək olar. Həmçinin, mətbuata açıq, jurnalistlərin suallarını cavablandıran, fərqli, rakursdan proseslərə qiymət verən siyasətçidir. O baxımdan Zahid Oruc bir deputat və siyasət adamı kimi həm Bərdə seçiciləri, həm dövlət, həm cəmiyyət, media qarşısında başıuca, özünəgüvənən, kifayət qədər potensialına arxayın olan şəxsdir. Odur ki, onun hansı dairədən namizəd olması əsla özündə bir  tərəddüd yaratmır.
Ümumiyyətlə, o, dövlət və millət adamıdır. Hər bir çıxışı ciddi müzakirələrə yol açır. Hətta müxalifətin ən öndə gedən simalarından da bu dairədən namizəd olarsa, Zahid Oruc öz enerjisi, professionallığı, seçici ilə işləmək qabiliyyəti və komandası baxımdan ortaya ciddi bir performans qoyacağı şübhə doğurmur. Nəzərə alaq ki, onun tənqidləri də yetərincə dərin analitik beyinin məhsulu olur və məsələlərə səthi dəyər vermir. Beləliklə, heç bir siyasətçi arzulamazdı ki, onun belə çətin rəqibi olsun...


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.