Bakı meriyası qanunu pozan şirkəti qalib etdi: tender ləğv olundu

25-10-2024, 07:39   


sharethis sharing button


Bakı meriyası qanunu pozan şirkəti qalib etdi: tender ləğv olundu

Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC-nin keçirdiyi tender ləğv edilib.

 MMC paytaxt ərazisində dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınmasını həyata keçirmək niyyətində olub.
300.000 manatlıq tenderin ləğvinə səbəb isə qanunu pozmuş şirkətin tenderə buraxılması və qalib elan edilməsi olub. Bu səbəbdən də Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti “Dövlət satınalmaları haqqında” qanunun 36.10-cu maddəsini tətbiq edərək, Bakı meriyasına protokol tərtib edib. Ehtimal edilir ki, Eldar Əzizovun rəhbəri olduğu meriya bu addımına görə cərimələnəcək. /Tribunainfo.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.