Şok: Azərbaycanda ehsan süfrəsi üçün rüşvət alındı

16-10-2014, 16:45   
Şok: Azərbaycanda ehsan süfrəsi üçün rüşvət alındı
Məmura ehsan süfrəsinin verilməsinə şərait yaratdıqlarına görə 200 manat məbləğində rüşvət verilib

Azərbaycanda bəzi dövlət qurumlarının nümayəndələri yas mərasimlərinə gedərək rüşvət alıb ehsan süfrəsinin açılmasına göz yumurlar. Bunu movqe.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, ona bu günlərdə belə bir məlumat verilib ki, dövlət qurumlarından birinin səlahiyyətliləri ehsan süfrəsinin açıldığı yas mərasimlərindən birinə gedərək rüşvət alıblar: "Məlumata görə, onlara ehsan süfrəsinin verilməsinə şərait yaratdıqlarına görə 200 manat məbləğində rüşvət verilib. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasına çox təəssüf ki, vətəndaşlar əlavə xərcə düşməklə olsa belə, rüşvət verərək şərait yaradırlar. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasında çadır mafiyasının rolu böyükdür. Onlar bu kampaniyanın dayandırılması üçün əməlli-başlı mübarizə aparırlar”.
Qeyd edək ki, son ay ərzində Azərbaycanda yas mərasimlərində dinin qaydalarına zidd olaraq, təmtəraqlı süfrə açılması ilə bağlı mübarizə aparılır. Dövlət qurumları əhalini bu istiqamətdə maarifləndirir və yas mərasimlərini daha təvazökar keçirməyə səsləyirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.