Adama deyərlər ki arvadının ortada nə işi var?

17-10-2014, 16:27   
Adama deyərlər ki arvadının ortada nə işi var?



“Şadlıq evlərinin birinin pilləkənindən düşəndə görürəm ki, oğlanlar biri-birini qırılar, soruşuram ay bala, nə olub bunlara? Biri cavab verir ki, rəqs meydançasında rəqs edərkən bunun qolu dəyib onun arvadının qoluna, ona görə də dava edirlər”.

Eməkdar artist Aybəniz Haşımova bunu,öz “Facebook” profilində paylaşdığı statusunda qeyd edib.

“Yaxşı, adama deyərlər ki, sənin arvadının “Dəli Kür” filmindəki kimi, ortada nə işi var idi ki, indi adamı günahkar hesab edirsən? Bu gün toylarda peşmansan bir mahnı ifa edəsən, dərhal hamı tökülür meydana. Vaxt varı idi qonaqları adlı, minnətli dəvət edirdilər rəqsə. Toya gələn qonaq da bu ailə üçün nə qədər dəyərli olduğunu görürdü.

İndi toydan gedirsən, ev yiyəsinin sənin heç getməyindən belə xəbəri olmur. Çünki tanıdı-tanımadı hər kəsə dəvətnamə verirlər. Ay qurban olum sizə, toya yaxından tanımadığın, ailənə çox yaxın olmayan insana dəvətnamə verməzlər. Ona görə də toyun ortasında, “qolun arvadımın qoluna dəydi”, - deyə davalar düşür”, - deyə A.Haşımova sonra qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.