2015-ci ilin mart ayına qədər kart sisteminə keçiləcək
Yol Avtobus sürücüləri haqqında məlumatlar toplanan elektron tablolar hazırlanır.
, avtobus qəzalarının və avtobus sürücülərinin özbaşınalıqlarının qarşısını almaq üçün Nəqliyyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yükdaşımaların Təşikili İdarəsində xəttə yeni elektron tablolar hazırlayır. Bu tablolarda hər gün xəttə çıxan avtobus sürücüləri haqqında məlumatlar toplanacaq. Burada həmçinin qəza törədən, yol hərəkəti qaydalarını pozan, işinin öhdəsindən gələ bilməyən sürücülər haqqında da məlumatlar yer alacaq. Bu isə həmin sürücülərin bir daha avtobusun sükanı arxasında əyləşməsinə və öz əməlinin təkrarlanmasına imkan verməyəcək.
Dövlət Avtomobil Nəqliyytatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərovun sözlərinə görə, bu işdə marşurut xəttinə cavabdeh olan şirkətlər də cəzalandırıla bilər.
Artıq sürücü bazasının yaradılması üçün də bir sıra tədbirlər görülüb. İlin sonuna qədər bu sistem işə düşəcək. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin tədris kurs kombinatında 150 sürücü artıq təhsilini başa vurub. Onların bir hissəsi DYP İdarəsində imtahan verərək sürücülük vəsiqəsi əldə edib və işlə təmin olunublar.
Həmçinin, 2015-ci ilin mart ayına qədər kart sisteminə keçəcəklər. Nəticədə sürücülər stabil əmək haqqı alacaqlar. Təbii ki, sürücülərin qarşısına qoyulan gündəlik plan da ləğv olunacaq. Bu da plan doldurmaq üçün sürücülərin bir-birilə yarışıb insanların həyatını təhlükə qarşısında qoymasının qarşısını alacaq.