Xədicə İsmayılla “Bayraqdar” qarşı-qarşıya

17-10-2014, 22:04   
Xədicə İsmayılla “Bayraqdar” qarşı-qarşıya
Bu gün Elman Türkoğlunun növbəti məhkəmə prosesi baş tutub

Azərbaycan Bakı Ağır Cinayətlər Məhkəmsində jurnalist Xədicə İsmayıl ilə hamının “Bayraqdar” kimi tanıdığı Elman Türkoğlunun növbəti məhkəmə prosesi baş tutub.
“Bayraqdar”ın Xədicə İsmayılı məhkəməyə verməsinə səbəb jurnalistin onun 2003-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik maddə qəbulu ilə saxlanılmasını ittiham etməsi olub. Elman Türkoğlu idda edir ki, jurnalistin 3 il öncə sosial şəbəkədə paylaşdığı sənəd də saxtadır. Bundan əlavə, ittihamlar içərisində Elman Türkoğlunun 600 manat müqabilində müxalifətin daxilinə casus kimi salınması da yer alıb. Ona qarşı sürülən ittihamların böhtan olduğunu hesab edən “Bayraqdar”ın bu gün məhkəmə prosesi olub. Məhkəmədə “Bayraqdar”ın Xədicə İsmayıl haqqında bəzi məlumatları əks etdirən sənədlər toplusunu təqdim etməsi jurnalistin Elman Türkoğlu haqqında qarşılıqlı vəsatət qaldırmasına səbəb olub.

Xədicə İsmayıl “Bayraqdar”ın hakimlərə təqdim etdiyi sənədlərin böhtan olduğunu bildirib. Bu səbəbdən jurnalist Elman Türkoğluna qarşı məhkəmə davası açacağını açıqladı. Növbəti məhkəmə prosesi oktyabrın 23-ə təyin edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.