Dünyanı cənginə almış narkotika bəlası durmadan bir dəhşətli xəstəlik kimi geniş vüsət alır. Narkotikaya həm passiv, həm də aktiv şəkildə qurşananlar Allahın onlara bəxş etdiyi biricik ömürlərini bu şəkildə məhv edir. Ən acınacaqlı hal isə narkotikanın biz istəməsək də artıq bizim ətrafımızı yabanı sarmaşıq kimi sarımasıdır. Təsadüfü deyil ki, bu gün narkotik vasitələr "qaranlıq məkan"lardan açıq bazara çıxaraq artıq adi apteklərdə də satılır. Narkotikanın yayılmasında xarici və daxili firmaların da rolu böyükdür.
Bir müddət öncə Səhiyyə Nazirliyində imzalanmış 53 saylı sərəncamla Niderlandın "Nolden Medikal B.V" şirkətinin istehsal etdiyi bəzi preparatların satışı və yayılması qadağan edilməsi də bunu təsdiq etdi. Bu "Gefoxime", "Metoclorramide", "Ferrous sulrhate", "Diclofenar", "Ketoconazole", "Amoxigilin", "Ceftrlaxone" preparatlarıdır. Mətbuatda verilən məlumatda bildirilirdi ki, bu şirkətin MDB məkanında psixotrop maddələrin satışını təşkil edən 109 müxtəlif şəbəkəsi var.
Azərbaycanda isə narkotika ilə bağlı lisenziya, yəni narkotikanın satışına açıq şəkildə icazə verilir və daha da qeyri-leqal iş görülmək üçün şərait yaradılır. Çünki qanun buna imkan verir. Qanun layihəsinin 16-cı maddəsində yazılıb: "Tibbi məqsədlərlə fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması, belə fəaliyyət növünün lisenziyası "xüsusi razılıq" olan apteklər və müalicə-profilaktik müəssisələr tərəfindən həyata keçirilir". Qanundan görundüyü kimi narkotik vasitələrin istənilən şəxs həmin bu "xüsüsi razılığ"ı olan apteklərdən qanuni şəkildə almaq və istifadə etmək olar. Qanun imkan verir ki, uzun illərdən bəri qeyri-leqal narkotika alveri ilə məşğul olan apteklərə "amnistiya" verilsin. Azərbaycanda narkotika satan aptekləri çox axtarmaq lazım gəlməyəcək. Çünki bu cür apteklər ölkəmizi hər yerində fəaliyyət göstərir.
Beyləqandan redaksiyamıza daxil olan məlumatlarad isə bildirilir ki, rayonda fəaliyyət göstərən "Rahil" aptek "xüsusi razılığ"ı olmadan psixotrop maddələrin satışı ilə məşğul olan aptek kimi ad çıxardıb. Məhz elə aptek sahibinin də əldə etdiyi gəlirin çox hissəsi onun narkotik maddəli dərimanlardan əldə etdiyi gəlirdi. Çünki həmin aptekə üz tutan şəxslərin əksəriyyəti, gənc olmaqla yanaşı bu tip dərimanları əldə etmək üçün gəlir. Və aptek sahibi də heç kimdən çəkinmədən, açıq aşkar psixotrop dərimanları həmin şəxslərə yüksək məbləğdə satır. Mənbənin bizə verdiyi dəqiqi məlumatlarad bildirilir ki, bu yaxınlarda adı çəkilən aptekin sahibi Rahil adlı şəxs Milli Təhlükəsislik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və həqiqətdə "Rahil" aptekin narkotik dərimanlarının satışı ilə məşğul olduğu ortaya çıxıb.
Etibarlığı şüphə yanıltmayan mənbənin verdiyi məlumata görə, aptek sahibi Rahil adlı şəxs "xüsusi razılığ"ı olmadan psixotrop maddələrin satışı ilə məşğul olması üçün rayonun polis rəisinə və prokuroruna aylıq "haqq" verir. Elə buna görə də ona "gözün üstə qaşın var" deyən yoxdur.
Mənbənin verdiyi digər məlumatlarad isə bildirilir ki, Akif adlı şəxsə məxsus aptekdə də keyfiyyətsiz və satışı qadağan olunmuş psixotrop dərman preparatları satılır. Ona görə ki, sahibkarın rəhbərliyi altında olan aptekdə dərmanla yanaşı, başqa şeylər də satılır ki, bu da beyləqanlı gənclərin pis vərdişlərə yiyələnməsinə gətirib çıxarır.
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları isə bunu nəzərə almalıdır