Dünya Ukrayna Təhlükəsizlik Xidməti öz arxivini açmaq niyyətindədir.
bu barədə idarə rəhbərinin müşaviri Markiyan Lubkovski açıqlama verib.
"Biz bütün arxivləri işıq üzünə çıxarmağa və ictimaiyyəti məlumatlandırmağa hazırıq. Kimlər Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) agenti olub, kimlər olmayıb. Bunları açıqlamaq niyyətindəyik", deyə Markiyan Lubkovski bildirib.
Qeyd edək ki, Ukrayna Ali Radası üçüncü cəhddən lüstrasiya qanunu kimi tanınan hakimiyyətin təmizlənməsi haqqında qanunu qəbul edib. Hakimiyyətin təmizlənməsi haqqında qanun (lüstrasiya qanunu) istənilən şəxsin hər-hansı hakimiyyət orqanında vəzifəyə təyin edilməsi məsələsinə baxıldıqda müvafiq yoxlama prosedurunun aparılmasını nəzərdə tutur