2 saylı Tibb Kollecində “fərsiz tələbə” sindromu

18-10-2014, 21:04   
2 saylı Tibb Kollecində “fərsiz tələbə” sindromu
Burada bazar qanunları hökm sürür

"2 saylı Tibb Kollecində oxuyan tələbələrin heç bir qiyməti yoxdur. Sessiya zamanı imtahanı özü vermək istəyən tələbələrə müəssisə rəhbərliyi "Belə savadlıydın, gedib insituta daxil olardın da, daha sənin texnikomda nə işin var idi” şəklində cavab verirlər. Deyirlər, bizim kolleci qurtarmaq istəyirsənsə, başında savadın yox, cibində pulun olmalıdır”.
Bu fikirlər kollecdən qovulmasına heç bir zəmanət olmadığı üçün adını çəkilməsini istməyən 2 saylı Tibb Kollecinin tələbələrindən biri tərəfindən daxil olan şikayət məktubunda öz əksini tapıb.
Şikayətçi bildirir ki, Təhsil Nazirliyi kolleclərdə yoxlama aparanda təhsil aldığı müəssisənin direktoru bütün tələbələri yığıb, onlara qəti xəbərdarlıq etdi: "Kim bizdən şikayət etsə, dərhal qovulacaq. Onsuz da Təhsil Nazirliyiilə danışıb, razılaşmışıq. Onlar sizdən nə soruşmaq, nə informasiya almaq istəsələr, bilin ki, bunu gözdən pərdə asmaq üçün edirlər. Şikayət etmək iddiasına düşsəniz, nəticədə özünüz ziyanda qalacaqsınız”.
Müraciət müəllifi iddia edir ki, bu gün kollecdə onlarla müəllim ştatda ola-ola işə gəlmir: "Onların məvacibləri isə direktor tərəfindən götürülür”.
Kollecin tələbəsi bildirir ki, kollecə yeni daxil olanlara tələbə biletləri pulla verilir: "Hər il belə olur. Yeni daxil olmuş şəxs tələbə bileti üçün 20-30 manat civarında pul ödəməlidir. Artıq bu, kollecin daxili qaydalarından birinə çevrilib. Və hər kəs buna əməl etmək məcburiyyətindədir. Yox, əgər kimsə tələb olunan məbləği verməkdən imtina etsə, o zaman həmin tələbənin başı bir xeyli ağrıya, əlavə problemlərlə üzləşə bilər. Buna görə də başımız ağrımasın deyə nə deyirlərsə onu da edirik”.
Qayiblərə və semestr imtahanları zamanı tələb olunan məbləğə gəlincə, tələbələr qeyd edirlər ki, bu, fakültələrə və müəllimlərə görə dəyişir: "Hansısa səbəbdən dərsdə iştirak etməyən tələbə qayiblərinin silinməsi üçün mütləq əlavə xərcə düşməlidir.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik…(editor.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.