Şabranda cavan gəlinin evli kişi ilə qaçmasının gizlinləri - Video

19-10-2014, 22:10   
Şabranda cavan gəlinin evli kişi ilə qaçmasının gizlinləri - Video


Şabranın Uzunboyad kəndində baş verən rüsvayçı hadisənin təfərrüatı məlum olub.


İlk olaraq Axar.az-ın yaydığı və daha sonra ANS-in də araşdırdığı evli kişinin evli qadını qaçırması haqda müdhiş detallar var.

***

Əvvəla ondan başlayaq ki, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşusunun həyat yoldaşı, 21 yaşlı Siyəzən sakini Gülər Məmmədovanı qaçırıb. Gülərin də, İlhamın da iki övladı var.
Axar.az-a danışan yerli sakinlərdən biri baş verənlərin hekayəsini belə nəql edib:

“İlham Günay adlı qızla evlidir və ondan iki uşağı var. Ancaq boşanmışdılar. Çünki oğlan narkomanlıq edirdi. Hətta məhkumluq həyatı yaşayıb.

Həbsdən çıxdıqdan sonra qayınatası ailənin dağılmasının qarşısını almaq üçün onları barışdırdı, İlhamı Coratda narkomanların mühitindən uzaqlaşdırdı, gətirib Uzunboyadda torpaq aldı, ev tikib, saxlamağa mal-qara verdi. Təki narkomanlıqdan uzaqlaşsın. Kənddə yaşadığı müddətdə də İlhamın indi qaçırdığı Gülərlə münasibəti yaranıb, görüşməyə başlayıblar”.

***

Şabran sakini bildirir ki, bu münasibətin yaranmasından kənddə çox adam xəbər tutub:

“Hətta bir dəfə Gülərin əri Rəşad Məmmədov onu İlhamla bir yerdə görüb. Onların arasında mübahisə düşüb və İlham Rəşada arvadını yığışdırmağı tələb edib.

Rəşad da Gülərin atasına xəbər edib ki, qızını yığışdır. Lakin bu da Gülərin İlham Atayevlə gizlin görüşlərinə təsir etməyib. Əslində, Rəşad o qızı sevməyib, məcburi alıblar. Rəşadın kasıb, sakit ailəsi var. Gülər isə kənddə yalançı kimi tanınıb”.

Mənbə danışır ki, gəlinin hərəkətlərinin ən pik nöqtəsi qaynanasının intiharı olub:

“Deyilənə görə, bir müddət əvvəl Rəşadın anası Gülərin hərəkətlərinə dözməyərək özünü yandırıb. Ondan sonra rayon xəstəxanasında müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb”.

Məlumatda bildirilir ki, bütün bu hadisələrin sonunda İlham və Gülər qaçış planı hazırlayıblar:

“İlhamın həyətində olan mal-qarasını da satıb gediblər. Gülər də uşaqlarını atası evində qoyub. Kənd camaatı isə onlara qəzəblidir. Çünki hər ikisi yerli adam deyil və kəndin adını batırıblar”.

***

Qeyd edək ki, İ.Atayevin həyat yoldaşı Günay ANS-in əməkdaşına qapını açmayaraq, bu işlərdən xəbərsiz olduğunu deyib. Arvadı Atayevə qoşulan Rəşad isə bildirib ki, Gülər ayın 12-i atası evinə gedib. İki gün sonra isə ordan İlhama qoşularaq qaçıb. İndi Rəşad həyat yoldaşından uşaqlarını tələb edir. Hazırda Şabranda baş verən bu hadisəni Siyəzən polisi araşdırır.

Çünki Gülərin atası Siyəzən sakini Şərifxan Hacıyev qızının itkin düşməsi ilə bağlı 102 xidmətinə və polis şöbəsinə müraciət edib. Polis isə bildirib ki, Gülər artıq atası evinə qayıdıb. [media=http://www.youtube.com/watch?v=BrgDtJMxMno]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.