Hakimiyyətin uğursuz idarəçiliyi bütün sahələrdə müşahidə olunur
Region "Ermənistanda hakimiyyət böhranını növbədənkənar qaydada parlamentdə müzakirə etmək lazımdır".
bu barədə Erməni Milli Konqresinin rəhbəri Levon Zurabyan bildirib.
Onun sözlərinə görə, müxalifətin növbədənkənar iclas keçirmək istəyi sadəcə təklifdən ibarət deyil:
"Məsələ ondadır ki, Ermənistan hakimiyyətində böhran müşahidə edilir", - deyə Zurabyan deyib.
Həmçinin, o əlavə edib ki, hakimiyyətin uğursuz idarəçiliyi bütün sahələrdə - iqtisadi və sosial sahədə, eləcə də daxili və xarici siyasətdə iflasa gətirib çıxarıb. Bütün bunlar, hər şeydən əvvəl kütləvi mühacirətə gətirib çıxarıb:
"Gecikmək olmaz. Bütün xalq "Bundan sonra nə olacaq?" sualına cavab gözləyir"- deyə millət vəkili bildirib.
Mənbə