Yəhudilər Məscidül-Əqsaya girdi

20-10-2014, 19:49   


Yəhudi sakinlərin İsrail polisinin sıx müşayiəti altında Məscidül-Əqsaya girdiyi bildirilib.

Axar.az İsrailin yerli informasiya qaynaqlarına istinadən xəbər verir ki, təxminən 40 nəfərdən ibarət bir qrup yəhudi İsrail polisinin nəzarəti altında Məscidül-Əqsanın həyətinə daxil olub.

Səhər saatlarından etibarən İsrail polisinin məscidə daxil olmaq istəyən müsəlmanlara çətinlik yaratdığı, şəxsiyyəti təsdiq edən vəsiqələri aldığı və insanların məsçidi tərk etməsinə qədər özlərində saxladığı bildirilib.

Yəhudələrin Məscidül-Əqsaya rahat şəkildə daxil olması isə müsəlmanların reaksiyasına səbəb olub.

Qeyd edək ki, Qüdsdə yerləşən Məscidül-Əqsa müsəlmanların ilk qibləsi xüsusiyyətini daşıyır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.