Qorxmaz Hüseynova qarşı gizli bağ toplantısı

21-10-2014, 10:52   
Qorxmaz Hüseynova qarşı gizli bağ toplantısı
“Azərsu” ASC rəhbərliyində dəyişiklik hazırlığı; Spikerin iki namizədi: Etibar Məmmədov və Alı Qocayev

"Azərsu” ASC-ninfəaliyyətində yer almış müxtəlif qanun pozuntuları ilə bağlı dəfələrlə yazmışıq. Son araşdırmamızda bildirmişdik ki, ASC-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində aşkar edilmiş mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov («Azərsu» ASC sədrinin 1-ci müavinİ Teyyub Cabbarovun qardaşının kürəkənidir və qurumda Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət qruplaşmaya daxil imiş) adlı bir əməkdaşı həbs olunub. Babək Həsənov. Babək Həsənov. Aşkarlanmış mənimsəmə faktlarına əsasən prokurorluq tərəfindən istintaqa cəlb olunan şəxslərdən biri də ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov olub. Lakin Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun işə müdaxiləsindən sonra Mahir Məmmədov sərbəst buraxılb.
Qorxmaz Hüseynovun qələmi qırılıb?
anaxeber.info-I bilgiləndirən mənbənin sözlərinə görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Məlumatları nəzərdən keçirdikdə aydın olur ki, Babək Həsənovun "əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Məsələnin kifayət qədər ictimailəşməsi və aşkarlanan korrupsiyaya bir dövlət qurumunun ən yüksək vəzifə sahiblərinin bulaşması prosesə daha yüksək səviyyədə müdaxiləni zəruri edib. Bununla bağlı anaxeber.info-ı bilgiləndirən mənbənin sözlərinə görə Qorxmaz Hüseynovun vəzifədən alınmasına artıq qərar verilib: “Vəziyyət hakimiyyətin üst qatının da diqqətindədir və yaxın vaxtlarda Q.Hüseynovun yerinə təyinat verilməsi gözlənilir. Bu səbəbdən də artıq bir neçə qruplar aktivləşməyə başlayıb. Azərsu kimi böyük məbləğdə pulların dövr etdiyi bir qurumu ələ keçirmək üçün hakimiyyətdaxili böyük güclər belə hərəkətə keçib”.
“Azərsu” ASC-də Etibar Məmmədov qruplaşması
Mənbəmizin sözlərinə görə ASC-yə rəhbərlik uğrunda mübarizə aparan belə qruplaşmaların sayı üçdür. Amma hazırda ən real şansa malik qrup MM sədri Oqtay Əsədova bağlı şəxslərdir. Xatırladaq ki, spiker uzun illər Azərsunun sədri olub və bu dövrdə ətrafına topladığı komanda hələ də qurumda çalışır. Həmin komandanın indiki liderinin isə Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun olduğu bildirilir. Onu da bildirək ki, Q.Hüseynov və E.Məmmədov yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun “zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda “Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi “hədiyyə”lərdən təqdim etməyi unutmur. Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar.
Spikerin müdaxiləsi və iki namizəd
Amma bütün yaxın münasibətlərə baxmayaraq E.Məmmədov hazırda Q.Hüseynovun yerinə yeni bir şəxsin gətirilmə prosesində aktiv iştirakçılardandır. Beləki, anaxeber.info-a daxil olan məlumata görə bir müddət öncə spiker O.Əsədova bağlı qruplaşmanın gizli bir toplantısı keçirilib. Mənbəmiz toplantının O.Əsədovun bağ evində keçirildiyini və burda E.Məmmədovdan başqa spikerin Nazim adlı qardaşının və əmisioğlunun iştirak etdiyi bildirilir. Sözügedən toplantıda Azərsu ASC-nin sədr müavini Mirkamil Seyidovun iştirakı gözlənilsə də, bizə məlum olmayan səbəblərdən o müzakirəyə qatılmayıb.
Məlumatda o da göstərilir ki, müzakirə olunan əsas məsələ “Azərsu” ASC-yə rəhbər şəxs kimi kimin namizədliyinin üzərində dayanmaq olub. Əsasən, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun və Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin namizədliyinin üzərində dayanıb. Məlumat üçün bildirək ki, A.Qocayev spikerin qudasıdır və uzun müddət Azərsu sistemində müxtəlif vəzifələrdə çalışmış və 2004-2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti olmuşdur. Ehtimal etmək olar ki, spiker üçün daha əlverişli variant məhz A.Qocayevin bu posta gətirilməsidir. Amma nəzərə alsaq ki, AşQocayev Binəqədi rayon icra hakimiyyətinin başçısı postundan Samuxa göndərilib, onda onun “vurulmuş” kadrlardan olduğunu düşünmək olar. Çox güman ki, spiker də qohumunun hakim komanda daxilindəki durumundan xəbərdardır və bu səbəbdən ikinci namizədini də hazırlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.