Ərəbistan məhkəməsi ölkənin 2 vətəndaşı barədə dövlətə qarşı aksiyalarda iştirak etdiyinə görə edam hokum çıxarıb.
Axar.az Səudiyyə Ərəbistanı xəbər agentliyinə istinadən xəbər verir ki, cinayət məhkəməsi hakim rejimə qarşı keçirilən aksiyada iştirak edən 3 şəxs barədə hökm oxuyub. Hökmə əsasən müttəhimlərin ikisi edama, bir nəfəri isə 12 il həbs cəzasına məhkum edilib.
12 il həbs cəzasına məhkum edilən üçüncü şəxsin həbs müddəti bitdikdən sonra növbəti 12 il ərzində ölkədən kənarı çıxmağı da qadağan olunub.
Qeyd edək ki, sözügedən aksiya nüfuzlu şiə alimi Şeyx Əl-Nimrə oxunan edam hökmünə qarşılıq olaraq keçirilib.