Moskva meri şəhərdə ticarətlə məşğul olan həmyerlilərimizin satdığı məhsullar üçün qiymət müəyyənləşdirib
ABŞ və Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra bu ölkədə böhranlı vəziyyət yaşanır. Xüsusən də kənd təsərrüfatı məhsullarının qiymətinin sürətlə qalxdığı müşahidə olunur. Rublun dəyərdən dühməsi, qiymətlərin bahalaşması isə Kreli hökumətini bəzi addımlar atmağa məcbur edib.
JAM.AZ xəbər verir ki, atılan bu addımların əsas zərbəsi isə Rusiyada yaşayan, xüsusən Moskvada ticarətlə məşğul olan azərbaycanlılara dəyib. Belə ki, Moskva meri şəhərdə fəaliyyət göstərən bazarlarda kənd təsərrüfatı məhsulları satan həmyerlilərimiz üçün bəzi qadağalar tətbiq edib. Məlumatda deyilir ki, hal hazırda Moskva bazarlarında satılan məhsullar üçün xüsusi qiymət müəyyən edilib və həmin həddi aşanlar ağır cərimə olunurlar.
Soydaşlarımızın verdiyi məlumatda deyilir ki, xaricdən alıb gətirdikləri məhsulları tətbiq olunan qiymətə satmaq onlara xeyir vermir. Çünki rublun dəyərdən düşməsi səbəbindən dollarla aldıqları məhsullardan əldə etdikləri vəsaitlə əvvəlki məbləğdə xarici valyuta almaq olmur. JAM.AZ-a danışan həmyerlilərimiz qeyd edirlər ki, bu şəkildə davam edərsə, onlar ümumiyyətlə, ticarəti buraxmaq məcburiyyətində qalacaq. Və ümid edirlər ki, Moskva meri yaranmış vəziyyətdən dolayı bəzi addımlar atacaq.
Qeyd edək ki, hal hazırda Rusiyanın paytaxtının ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunmasının əsas ağırlığı azərbaycanlı iş adamlarının üzərindədir. Azərbaycan və Orta Asiyadan qeyd olunan məhsulları Rusiyaya gətirən həmyerlilərimiz sərbəst qiymətin tətbiq olunmasına tərəfdardırlar. Əks təqdirdə, zərərlə işləmək fikrindən uzaqdırlar. Bu isə Moskvanın təminatının sual altına düşməsi anlamına gələcək.