“Quran”ı tapdalayan qız saxlanıldı- Foto

22-10-2014, 21:24   
“Quran”ı tapdalayan qız saxlanıldı- Foto

Türkiyədə “Kedibiti” adlı bir twitter istifadəçisinin “Quran”ı tapdalayaraq şəkil çəkdirməsi və bunu internetdə paylaşması böyük rezonansa səbəb olub.
Ankara Böyükşəhər Bələdiyyə başçısı Melih Gökçek vəkili Esennur Ezgi vasitəsilə İslamı təhqir edən bu adam haqqında prokurorluğa şikayət edib. “Kedibiti” adlı twitter istifadəçisinin İstanbulda yaşayan, 38 yaşlı Gülbeyaz Atik olduğu müəyyənləşib. Artıq nəzarətə alınan Atikin kompüteri və telefonu müsadirə edilib.

İfadəsində bir inancı olmadığını, “Quran”ı ayağı ilə tapdaladığı fotonun yanında dövlət rəhbərlərini təhqir etdiyini söyləyən Atik haqqında böhtan, xalqı kin və düşmənçiliyə açıq-aşkar təhrik etmə və ictimai barışı pozma maddələri əsas götürülərək cinayət işi açılıb.

Bəlli olub ki, prezident Rəcəb Tayyib Ərdoğan da vəkili vasitəsilə məsələyə müdaxilə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.